Ənam - 6:10 Səndən öncəki elçilər də məsxərəyə qoyulmuşdu. Amma məsxərəyə qoyanları, məsxərəyə qoyduqları gerçək bürüdü.
Allah elçiləri nə üçün göndərir?
Ənbiya/21:25 Səndən öncə (elə) bir elçi göndərmədik ki, ona: "Məndən başqa tanrı yoxdur; sadəcə Mənə qulluq edin!" deyə vəhy etmiş olmayaq.

Bəqərə/2:151 Həmçinin, sizə ayələrimi oxuyacaq, sizləri təmizləyəcək, sizə kitab və hikməti öyrədəcək, bilmədiklərinizi bildirəcək bir elçini aranızdan seçib göndərdik.

Ali İmran/3:164 Allah iman edənlərin içərisindən, onlara ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və Hikməti öyrədən bir Elçi göndərməklə lütufta bulundu. Halbuki onlar daha öncə açıq-aşkar bir azğınlıq içində idilər.

Nisa/4:165 Müjdələr və xəbərdarlıqlar gətirən elçilər... Ona görə ki, bütün bu elçilərdən sonra insanların Allaha qarşı bir bəhanələri qalmasın. Allah Üstündür, Hikmət Sahibidir.

Ənam/6:48 Biz elçiləri, ancaq müjdələyicilər və xəbərdar edicilər kimi göndəririk. Kim iman edib özünü düzəldərsə, onlara bir qorxu yoxdur və onlar üzülməyəcəklər.
Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.

Əraf/7:35 Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.
Əraf/7:61 Dedi ki: "Xalqım, məndə bir azğınlıq yoxdur; ancaq mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm."
Əraf/7:62 "Sizə Rəbbimin mesajını çatdırır və sizə öyüd verirəm. Sizin bilmədiklərinizi Allah vasitəsilə bilirəm."

Nəhl/16:36 Hər bir cəmiyyətin içində, "Allaha qulluq edin və bütpərəstlikdən çəkinin," deyən bir elçi göndərdik. Onlardan bəzisinə Allah yol göstərdi, bəzisi də azğınlıqda qalmağa məhkum oldu. Yer üzünü gəzib dolaşın və yalanlayanların sonunun necə olduğuna diqqət edin.

İsra/17:15 Kim doğru yola gəlirsə, özü üçün yola gəlmiş olur. Kim azarsa, öz əleyhinə azar. Heç kimsə başqasının yükünü çəkməz. Biz bir elçi göndərmədən heç kimsəni cəzalandırmarıq.

Kəhf/18:56 Biz elçiləri ancaq müjdə verənlər və xəbərdarlıq edənlər olaraq göndərdik. Kafirlər, gerçəyi saxta və yanlış ilə ortadan qaldırmaq üçün səy göstərirlər. Ayələrimə və xəbərdar edildikləri şeylərə istehza etdilər.

Ta ha/20:133 "Bizə heç olmazsa bir ayə (möcüzə) gətirməliydi!" dedilər. Daha öncəki kitablarda olan bəyyinə (dəlil) onlara gəlmədimi?"
Ta ha/20:134 Onları, ondan öncə bir cəza ilə həlak etsəydik, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, belə alçaq və rəzil olmadan öncə sənin ayələrinə tabe olsaydıq!" deyərdilər.

Qasas/28:46 (Musanı) çağırdığımız zaman Turun yamacında da deyildin. Ancaq, səndən öncə özlərinə  bir xəbərdar edən gəlməmiş bir camaatı xəbərdar etməyin üçün Rəbbindən bir rəhmət olaraq (sənə bilgi veririk); bəlkə öyüd alarlar.
Qasas/28:47 Öz əlləriylə işlədikləri üzündən başlarına bir müsibət gəldiyində, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, Sənin ayələrinə tabe olsaydıq və iman edənlərdən olsaydıq," deyə bilməsinlər deyə...
Qasas/28:59 Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.

Rum/30:47 Səndən öncə elçiləri xalqlarına açıq-aşkar dəlillərlə göndərdik. Suç işləyənləri də cəzalandırdıq. İman edənlərə yardım etmək görəvimizdir.

Zumər/39:71 İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.

Ğafir/40:70 Onlar, kitabı və elçilərimiz vasitəsilə göndərdiyimiz mesajı yalanladılar. İrəlidə biləcəklər.

Fussilət/41:14 Onlara, "Allahdan başqasına qulluq/xidmət etməyin," deyə önlərindən və arxalarından elçilər getmişdi. Onlar isə, "Rəbbimiz istəsəydi, bir mələk endirə bilərdi. Buna görə də, sizin gətirdiyiniz mesaja inanmırıq," dedilər.

Şura/42:51 Allah bir insanla ancaq vəhy yolu ilə və ya bir pərdə arxasından əlaqə qurar, yaxud bir elçi göndərib izni ilə istədiyini vəhy edər. O, Ucadır, Hikmət Sahibidir.

Duxan/44:5 Qatımızdan bir əmr olaraq; Biz elçilər göndəririk.
Duxan/44:6 Rəbbindən bir rəhmətdir. O, Eşidəndir, Biləndir!

Cumuə/62:2 O ki, ümmilərin arasından, özlərindən olan bir elçi göndərmişdir ki, onlara Onun ayələrini oxuyur, onları təmizləyir və onlara kitabı və hikməti öyrədir. Bundan öncə onlar açıq aşkar bir azğınlıq içində idilər.

Talaq/65:11 Bir elçi göndərmişdir. İman edib müttəqi davrananları qaranlıqlardan aydınlığa çıxartmaq üçün sizə Allahın açıq-aşkar ayələrini oxuyur. Kim Allaha iman edər və müttəqi davranarsa, onu içində çaylar axan cənnətlərə daxil edər; orada əbədi qalarlar. Allah ona gözəl ruzi vermişdir.

Muzzəmmil/73:15 Biz, sizə haqqınızda şahidlik edəcək bir elçi göndərdik; necə ki, Firona da bir elçi göndərmişdik.