Ənam - 6:122
Ölü ikən diriltdiyimiz və insanlar arasında yeriyə biləcəyi bir işıq verdiyimiz kimsə, qaranlıqlar içində olub və ondan çıxa bilməyən kimsə kimi ola bilərmi? İnkar edənlərin etdikləri işlər bu cür süslü göstərilmişdir.
"Ölü ikən diriltdiyimiz": Məqsəd nədir?
Ğafir/40:11
Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"
Bəqərə/2:28
Allahı necə inkar edərsiniz? Siz ölülər idiniz O sizi diriltdi. Sonra sizi öldürər və təkrar dirildər və sonunda Ona döndərilərsiniz.
Ənam/6:122
Ölü ikən diriltdiyimiz və insanlar arasında yeriyə biləcəyi bir işıq verdiyimiz kimsə, qaranlıqlar içində olub və ondan çıxa bilməyən kimsə kimi ola bilərmi? İnkar edənlərin etdikləri işlər bu cür süslü göstərilmişdir.
Hud/11:118
Rəbbin istəsəydi, insanları vahid bir camaat edərdi. Fəqət onlar sürəkli olaraq (gerçəyi) mübahisə edəcəklər.
Hud/11:119
Rəbbinin acıdıqları xaric. Bunun üçündür ki, onları yaratdı. Rəbbinin sözü yerinə yetmişdir: "Cəhənnəmi cinlər və insanlarla, toplu halda dolduracağam."
Ya sin/36:12
Ölüləri Biz, bəli Biz dirildirik, onların etdiklərini və (ölümlərindən sonrakı) aqibətlərini yazarıq. Biz hər şeyi açıq-aşkar bir kitabda hesaba almışıq.
Duxan/44:55
Tam bir güvənlik içində hər meyvəni istəyərlər.
Duxan/44:56
Orada, ilk ölümdən başqa ölüm dadmazlar. Onları cəhənnəm əzabından qorumuşdur.
Casiyə/45:26
De ki, "Sizi Allah dirildir və öldürür. Sonra gerçəkləşməsində şübhə olmayan Dirilmə Günündə sizi bir araya toplayar. Fəqət insanların çoxu bilməz."