Ənam - 6:125
Allah kimi doğru yola yetişdirmək istəyərsə, onun könlünü İslama (Tanrıya təslim olmağa) açar, kimi də azdırmaq istəyərsə köksünü, göyə yüksəlirmiş kimi dar və sıxıntılı edər. Allah iman etməyənləri bax bu cür pis vəziyyətə salar.
Allah doğruya necə yönəldir?
Cinn/72:1
De ki, "Mənə vəhy edildiyinə görə, cinlərdən bir qrup dinlədilər və belə dedilər: "Biz diqqət çəkən bir Quran eşitdik."
Cinn/72:2
"O, doğruya yönəldir və biz ona iman etdik; bundan sonra Rəbbimizə heç kimsəni ortaq qoşmayacağıq."
Şura/42:52
Biz beləcə sənə qatımızdan bir ruh vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Ancaq onu, istədiyimiz qulları doğruya yetişdirən bir nur etdik. Sən əlbəttə doğru yola bələdçilik edirsən.
Maidə/5:15
Kitab əhli, kitabın gizlədiyiniz bir çox bölümünü açıqlayan və bir çoxunu da üzünüzə vurmayan elçimiz gəldi sizə. Allahdan bir nur və açıq-aşkar bir kitab da gəldi sizə.
Maidə/5:16
Onunla Allah, rizasına diqqət edənləri barış və hüzur yollarına yönəldir. İzniylə onları qaranlıqlardan aydınlığa çıxararaq onları ən doğru yola yönəldir.
Səba/34:6
Özlərinə bilgi verilmiş olanlar, Rəbbindən sənə nazil edilənin gerçək olduğunu və onun Üstün və ən çox Təriflənənin yoluna yönəltdiyini görürlər.