Ənam - 6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.
Göndərilən elçilərdən və dolayısı ilə mesajdan sonra, qulların Allaha qarşı bir bəhanəsi qalmaz:
Nisa/4:165 Müjdələr və xəbərdarlıqlar gətirən elçilər... Ona görə ki, bütün bu elçilərdən sonra insanların Allaha qarşı bir bəhanələri qalmasın. Allah Üstündür, Hikmət Sahibidir.

Ənam/6:155 Bu da nazil etdiyimiz mübarək bir Kitabdır. Elə isə sizə mərhəmət edilməsi üçün ona tabe olmalısınız, muttəqi davranmalısınız.
Ənam/6:156 Artıq, "Bizdən öncəki iki qrupa kitab verildi; biz isə onların öyrəndiklərindən (oxuduqlarından) xəbərsiz idik," deyə bilməzsiniz.
Ənam/6:157 Yaxud, "Bizə də Kitab nazil edilsəydi, onlardan daha (çox) doğru yolda olardıq," da deyə bilməzsiniz. Sizə Rəbbinizdən bir dəlil (bəyyinə), bir hidayət və bir rəhmət gəlmişdir. Allahın ayələrini yalanlayıb ondan üz çevirəndən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri, üz çevirmələrinə görə əzabın ən pisiylə cəzalandıracağıq.

Fatir/35:37 Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.

Zumər/39:58 Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.
Zumər/39:59 Bəli, sənə ayə və möcüzələrim gəldi, fəqət sən onları yalanladın, təkəbbürləndin və inkar edənlərdən oldun.

Qaf/50:27 Yoldaşı, "Rəbbim, mən onu azdırmadım; fəqət o özü dərin bir azğınlıq içində idi," deyər.
Qaf/50:28 O da deyər ki, "Hüzurumda höcətləşməyin. Sizə daha öncədən xəbərdarlıq göndərmişdim."

Maidə/5:19 Ey kitab əhli! Elçilər arasındakı bir boşluq dönəmindən sonra sizə elçimiz gəlmişdir və sizə gerçəkləri anladır ona görə ki, "Bizə bir müjdələyici və xəbərdarlıq edən gəlmədi," deməyəsiniz. Artıq sizə müjdəçi və xəbərdaredici gəldi. Allah hər şeyə Gücü Yetəndir.

Qasas/28:59 Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.

Şuəra/26:208 Biz xəbərdar edənləri olmayan heç bir şəhəri məhv etmədik.

Ta ha/20:134 Onları, ondan öncə bir cəza ilə həlak etsəydik, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, belə alçaq və rəzil olmadan öncə sənin ayələrinə tabe olsaydıq!" deyərdilər.

Ya sin/36:6 Ataları xəbərdar edilmədiyindən tamamilə xəbərsiz qalmış bir camaatı xəbərdar etməyin üçün...

Mulk/67:8 Az qala öfkədən partlayacaq! İçinə hər nə zaman bir qrup atılsa, oranın gözətçiləri, "Sizə bir xəbərdar edici gəlmədimi?" deyə soruşdular.
Mulk/67:9 Onlar da dedilər ki, "Bəli, bizə bir xəbərdar edici gəlmişdi, amma biz yalanladıq və 'Allah heç bir şey nazil etməmişdir. Siz tamamilə yoldan çıxmışsınız', dedik."
Mulk/67:10 "Dinləsəydik və ya ağlımızı işlətsəydik biz bu atəşin əhli içində olmazdıq," dedilər.
Mulk/67:11 Beləcə günahlarını etiraf etdilər. Atəşin əhli uzaq olsunlar.

Qasas/28:45 Fəqət Biz bir çox nəsillər yaratdıq. Üzərindən çox zaman keçdi. Sən Mədyən xalqı arasında olub ayələrimizi (onlar üçün) də oxumurdun. Ancaq, Biz elçilər göndəririk.
Qasas/28:46 (Musanı) çağırdığımız zaman Turun yamacında da deyildin. Ancaq, səndən öncə özlərinə  bir xəbərdar edən gəlməmiş bir camaatı xəbərdar etməyin üçün Rəbbindən bir rəhmət olaraq (sənə bilgi veririk); bəlkə öyüd alarlar.
Qasas/28:47 Öz əlləriylə işlədikləri üzündən başlarına bir müsibət gəldiyində, "Rəbbimiz, bizə bir elçi göndərsəydin, Sənin ayələrinə tabe olsaydıq və iman edənlərdən olsaydıq," deyə bilməsinlər deyə...

Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.
Ənam/6:131 Bu belədir. Rəbbin, əhalisi xəbərsiz olan ölkələri zülm ilə həlak etməz.

Ali İmran/3:108 Bunlar, sənə ən doğru olaraq oxuduğumuz Allahın ayələridir. Allah heç kimsəyə zülm etmək istəməz.

Ənam/6:55 Günahkarların tutduğu yolun aşkar olması üçün ayələri bu cür açıqlayırıq.