Ənam - 6:14 De: "Göyləri və yeri yoxdan Yaradan, hamını yedirən, Özü isə yeməkdən uzaq olan Allahdan başqa sahibmi qəbul edim?" De: "Mən, hər kəsdən öncə (Allaha) təslim olmaqla əmr olundum." Ortaq qoşmayın!
Yedirən, amma Özü yeməyən Allah:
Ta ha/20:132 Ailənə namazı əmr et və bu mövzunun üstündə önəmlə dur. Biz səndən heç bir ruzi gözləmirik. Əksinə Biz səni bəsləyirik. Aqibət, müttəqilərindir.

Ənkəbut/29:60 Qidalarını daşıya bilməyən neçə-neçə canlılar vardır ki, onları da, sizi də Allah qidalandırır.

Ğafir/40:64 Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!

Zəriyət/51:57 Onlardan nə bir ruzi istəyirəm, nə də Məni yedirtmələrini.
Zəriyət/51:58 Şübhəsiz, Ruzi verən, Qüvvət Sahibi və Güclü olan ancaq Allahdır.

Mulk/67:21 O, verdiyi qidaları kəssə, sizi qidalandıracaq olan kimdir? Gerçəkdən azğınlıq və nifrət içində inadkarlıq edirlər.

Ənam/6:14 De: "Göyləri və yeri yoxdan Yaradan, hamını yedirən, Özü isə yeməkdən uzaq olan Allahdan başqa sahibmi qəbul edim?" De: "Mən, hər kəsdən öncə (Allaha) təslim olmaqla əmr olundum." Ortaq qoşmayın!