Ənam - 6:150
De ki: "Allahın bunu haram etdiyinə (dair) şahidlik edəcək şahidlərinizi gətirin." Şahidlik edərlərsə, onlarla bərabər şahidlik etmə. Ayələrimizi yalanlayanların və axirətə iman etməyənlərin kefinə uyma. Onlar, Rəblərinə başqalarını tay tutmaqdadırlar.
Axirətə iman etməyənlərin xüsusiyyətləri:
Nəcm/53:27
Axirətə iman etməyənlər, mələkləri dişi olaraq vəsf etməkdədirlər.
Bəqərə/2:80
"Bir neçə gündən başqa atəş bizə dəyməyəcək," dedilər. De ki: "Allahdan belə bir sözmü aldınız? Allah verdiyi sözdən dönməz, yoxsa Allaha aid edərək bilmədiyiniz bir şeyimi söyləyirsiniz?"
Zumər/39:45
Allah tək olaraq xatırlandığı an Axirətə iman etməyənlərin qəlbləri hüzursuz olaraq ürkər (qorxub çəkinər). Fəqət Ondan başqaları xatırlandığı zaman dərhal üzləri gülər.
İnfitar/82:19
O gün kimsənin kimsəyə yardımı toxunmaz. O gün bütün qərarlar yalnız Allaha aiddir.
Duxan/44:35
"Sadəcə bir dəfə ölürük; diriləcək deyilik."
Ənam/6:29
Onlar deyərlər ki, "Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."
Hud/11:7
O, hansınızın daha yaxşı iş görəcəyini sınamaq üçün göyləri və yeri altı gündə yaradandır. Hökmranlığı suyun üzərində idi. Buna rəğmən, kafirlərə, "Siz ölümdən sonra dirildiləcəksiniz," desən, kafirlər, "Bu, ancaq açıq-aydın bir sehrdir." deyəcəklər.
Rad/13:5
Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.
Nəhl/16:38
"Allah ölən bir kəsi diriltməz" deyə bütün gücləriylə Allaha and içərlər. Xeyr, Onun verdiyi gerçək bir sözdür o. Ancaq insanların çoxu bunu bilmir.
İsra/17:49
Dedilər ki: "Sümük və xırda parçalanmış hala düşdükdən sonramı yeni bir yaradılışla dirildiləcəyik?!"
İsra/17:50
De ki: "İstər daş və ya dəmirə dönün,"
İsra/17:51
"Yaxud sizə görə qeyri-mümkün görünən bir formaya girin, fərq etməz." Buna qarşılıq, "Bizi kim geri döndərəcək," deyəcəklər. De ki: "Sizi ilk öncə kim yaratdısa O!" Sonra başlarını sallayıb, "Yaxşı, nə zaman?" deyəcəklər. De ki: "Bəlkə düşündüyünüzdən daha yaxın..."
İsra/17:52
Sizi çağıracağı gün, siz Ona təriflə qarşılıq verərsiniz və çox qısa bir müddət qaldığınızı anlayarsınız.
İsra/17:98
Ayələrimizi yalanladıqları, "Sümük və xırdalanmış torpaq olduqdan sonra biz yeni bir yaradılışla dirildiləcəyik?" dedikləri üçün cəzaları budur.
Muminun/23:34
"Sizin kimi bir insana tabe olsanız, siz o zaman gerçəkdən ziyana uğrayarsınız."
Muminun/23:35
"Siz öldükdən, torpaq və sür-sümüyə çevrildikdən sonra, sizin geri çıxacağınızımı söz verir?"
Muminun/23:36
"Sizə söz verilən bu şey ola bilməz, qeyri-mümkündür."
Muminun/23:37
"Biz sadəcə dünya həyatında yaşayırıq. Dirildiləcək deyilik."
Nəml/27:67
İnkar edənlər dedilər: "Biz və atalarımız torpaq olduqdan sonramı çıxardılacağıq?"
Nəml/27:68
"Bizə və atalarımıza da daha öncə eyni söz verilmişdi. Bunlar, keçmişdəkilərin nağıllarından başqa bir şey deyildir."
Səcdə/32:10
Və, "Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?" dedilər. Doğrusu, onlar Rəbləri ilə qovuşmağı inkar edənlərdir.
Səcdə/32:11
De ki, "Üzərinizə görəvləndirilən ölüm mələyi canınızı alacaq və sonra Rəbbinizə döndəriləcəksiniz."
Səba/34:7
İnkar edənlər dedilər: "Siz parça-parça dağıldıqdan sonra yeni bir yaradılışla dirildiləcəyinizi bildirən bir adamı sizə göstərəkmi?"
Səba/34:8
"Allaha yalanmı isnad edir, yoxsa onda dəlilikmi var?" Halbuki axirətə iman etməyənlər, uzaq bir azğınlıq və əzab içindədirlər.
Ya sin/36:78
Və yaradılışını unudaraq bizə örnəkli bir sual yönəltdi: "Çürüdükdən sonra sümükləri kim dirildəcək?"
Ya sin/36:79
De ki, "Kim onları ilk dəfə yaratdısa onları yenə O dirildəcək. O, hər cür yaratmağı Biləndir."
Saffat/37:16
"Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:17
"Hətta bizdən öncəki atalarımız da eləmi?"
Saffat/37:18
De ki, "Bəli, həm də alçaldılaraq."
Saffat/37:19
O, bir tək toxunmadır. O zaman (qalxıb) sağa-sola baxarlar.
Şuəra/26:138
"Biz, cəzalandırılacaq da deyilik."
Nəhl/16:22
Tanrınız bir tək Tanrıdır. Axirətə iman etməyənlərin qəlbləri inkarçıdır və onlar təkəbbür göstərərlər.