Ənam - 6:150
De ki: "Allahın bunu haram etdiyinə (dair) şahidlik edəcək şahidlərinizi gətirin." Şahidlik edərlərsə, onlarla bərabər şahidlik etmə. Ayələrimizi yalanlayanların və axirətə iman etməyənlərin kefinə uyma. Onlar, Rəblərinə başqalarını tay tutmaqdadırlar.
Rəbbimizin haram etdiyi maddələr:
Bəqərə/2:173
O, sizə sadəcə leşi, qanı, donuz ətini və Allahdan başqası adına kəsiləni haram etmişdir. Hər kim (bunları yeməyə) məcbur qalarsa, (sui-istifadə yolunu) axtarmamaq və həddi aşmamaq şərti ilə günah işləmiş olmaz. Allah Bağışlayandır, Rəhmlidir.
Maidə/5:3
Leş, qan, donuz əti, Allahdan başqasına nəzir edilənlər sizə haram edildi. Canları çıxmadan kəsməyiniz istisna, boğulmuş, vurulmuş, (hündür yerdən) düşmüş, buynuzlanmış və öldürülmüş, canavar tərəfindən yeyilmiş heyvanlar, müqəddəsləşdirilmiş daşlar üzərində boğazlanaraq fal oxları ilə dağıdılanlar, bəli bunlar pisdir. Kafirlər bu gün dininizdən ümid kəsmişlər. Onlardan çəkinməyin; Məndən çəkinin. Bu gün sizə dininizi kamilləşdirdim, sizə nemətimi tamamladım və sizə din olaraq İslamı bəyəndim. Kim aclıq üzündən məcburiyyətdə qalarsa, günaha istəklə yönəlmədən yeyərsə, ona günah yoxdur. Çünki, Allah Bağışlayandır, Rəhmlidir.
Ənam/6:145
De ki: "Mənə vəhy edilənlər içində, yeyən birisi üçün bunlardan başqa haram edilmiş bir maddə görmürəm: Leş, axıdılmış qan, donuzun əti - ki pisdir, Allahdan başqasına azğınca nəzir edilmiş yeyəcəklər." Məcburiyyətdə qalan bir kimsə, istəkli olmazsa və həddi aşmazsa, şübhəsiz sənin Rəbbin Bağışlayandır, Rəhmlidir.
Nəhl/16:115
Sizə yalnızca leş, qan, donuz əti və Allahdan başqası üçün nəzr edilənləri haram etmişdir. Kim (bunları yemək) məcburiyyətində qalarsa, istəkli olmamaq və həddi aşmamaq şərtiylə Allah Bağışlayandır, Rəhmlidir!