Ənam - 6:18
O Öz qullarına tamamilə hakimdir. O, Hikmət sahibidir, Xəbərdardır.
Allah qullarına tam hakimdir:
Ənam/6:59
Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.
Ənam/6:60
Odur, Gecə vaxtı sizi öldürən, gündüz vaxtı nə işlədiyinizi bilən, müəyyən həyat müddəti dolsun deyə gündüz vaxtı sizi dirildən... Sonra dönüşünüz Onadır və etdiklərinizi sizə xəbər verəcəkdir.
Ənam/6:61
O Öz qullarına tamamilə hakimdir və üzərinizə qoruyucu mələklər göndərir. Sizdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını (o an) vaxt itirmədən alarlar.
Ənam/6:62
Sonra gerçək Mövlaları olan Allaha döndərilirlər. Biləsiniz ki, hökm Onundur və O, ən tez haqq-hesab çəkəndir.
Ali İmran/3:68
İnsanların İbrahimə ən yaxın olanları, onun ardınca gedənlər, bu Peyğəmbər və iman edənlərdir. Allah iman edənlərin Hökmdarı və Dostudur.
Bəqərə/2:257
Allah iman edənlərin Hökmdarı və Dostudur; onları qaranlıqlardan aydınlığa çıxarır. İnkar edənlərin dostları isə azğın kəslərdir; onları aydınlıqdan qaranlığa çıxarırlar. Onlar atəş xalqıdır, onlar orada sürəkli qalacaqlar.
Nisa/4:119
"Onları azdıracağam, onları xülyalarla məşğul edəcəyəm; heyvanların qulaqlarını yarmalarını (beləcə ətlərini haram etmələrini) əmr edəcəyəm, Allahın yaratdıqlarını dəyişdirmələrini əmr edəcəyəm”. Kim Allah yerinə şeytanı dost və hökmdar seçərsə, açıq-aşkar bir ziyana uğramışdır.
Muminun/23:88
De ki: "Qoruyub mühafizə edən, fəqət Özü qorunub mühafizə edilməyən; hər şeyin hökmranlığını əlində saxlayan kimdir, bilirsinizmi?"
Fatir/35:13
Gecəni gündüzün içinə salar, gündüzü də gecənin içinə salar. Müəyyən edilmiş bir müddətə qədər axıb gedən günəşi və ayı əmri altına almışdır. Rəbbiniz Allah bax belədir; Hökmranlıq Ona aiddir. Ondan başqa çağırdıqlarınız isə nüvə membranını belə idarə edə bilməzlər.
Fatir/35:14
Onları çağırsanız, sizin çağırışınızı eşidə bilməzlər. Eşitsələr belə sizə cavab verə bilməzlər. Dirilmə günündə də sizin ortaq qoşmanızı inkar edərlər. Hər şeydən Xəbəri Olan kimi, kimsə sənə xəbər verə bilməz.
Fatir/35:16
İstəyərsə, sizi götürər və yerinizə yeni məxluqları gətirər.
Zumər/39:6
Sizi tək bir nəfərdən yaratdı. Sonra ondan da həmtayını yaratdı. Sizə səkkiz cür kənd təsərrüfatı heyvanı endirdi. Sizi analarınızın qarınlarında, üç qaranlıq içərisində yaradılışdan yaradılışa keçirərək yaratmaqdadır. Rəbbiniz olan Allah bax budur. Hökmranlıq Ona aiddir. Ondan başqa tanrı yoxdur. Necə olur ki, çevrilirsiniz?
Zumər/39:7
İnkar edərsinizsə, Allahın sizə ehtiyacı yoxdur. Fəqət O, qullarının inkarçı olmasından xoşlanmaz. Şükür edərsinizsə sizdən razı olar. Heç kimsə başqa kimsənin günah yükünü daşımaz. Sonra dönüşünüz Rəbbinizədir və etmiş olduqlarınızı sizə xəbər verəcəkdir. O, kökslərin özünü bilir.