Ənam - 6:2 O ki sizi palçıqdan yaratdı, sonra ömür müddəti müyyən etdi. Müəyyən edilmiş müddət Onun qatındadır. Siz isə hələ də şübhə edirsiniz.
Dirilmə günü müəyyən edilmiş bir zamandadır:
Ta ha/20:129 Rəbbinin verilmiş bir sözü və öncədən müəyyən etdiyi plan olmasaydı, bunların da icabına dərhal baxılardı.

Loğman/31:29 Allahın gecəni gündüzün içinə saldığını, gündüzü də gecənin içinə saldığını, günəşi və ayı kontrolu altında saxladığını, hər birinin müəyyən edilmiş bir müddətə qədər axıb getməkdə olduğunu və Allahın onların etdiklərindən xəbərdar olduğunu görmürsünüz?

Fatir/35:13 Gecəni gündüzün içinə salar, gündüzü də gecənin içinə salar. Müəyyən edilmiş bir müddətə qədər axıb gedən günəşi və ayı əmri altına almışdır. Rəbbiniz Allah bax belədir; Hökmranlıq Ona aiddir. Ondan başqa çağırdıqlarınız isə nüvə membranını belə idarə edə bilməzlər.

Ənkəbut/29:53 Əzabı gətirməyin üçün sənə meydan oxuyurlar! Müəyyən etdiyimiz bir zaman olmasaydı, o əzab onlara gələcəkdi. Onlara qəflətən, xəbərləri olmadan gələcəkdir.

Kəhf/18:99 O gün onları buraxarıq. Dalğalar halında bir-birlərinə girərlər. Boruya üfürülər; hamısını bir araya toplayarıq.
Kəhf/18:98 "Bu, Rəbbimdən bir rəhmətdir," dedi. "Rəbbimin müəyyən etdiyi vaxt gəlincə onu parça-parça edər. Rəbbimin sözü gerçəkdir."

Səba/34:30 De ki, "Sizə bir saat gecikməyəcək, bir saat da tez gəlməyəcək, müəyyən edilmiş bir gününüz vardır."
Səba/34:29 "Doğru söyləyirsinizsə, o söz nə zaman gerçəkləşəcəkdir?" deyərək meydan oxuyurlar.

Ənam/6:2 O ki sizi palçıqdan yaratdı, sonra ömür müddəti müyyən etdi. Müəyyən edilmiş müddət Onun qatındadır. Siz isə hələ də şübhə edirsiniz.

Əraf/7:187 Səndən o saatın (dünyanın sonunun) nə zaman gələcəyini soruşurlar. "Onun bilgisi Rəbbimin yanındadır," de. Onu vaxtı gəlincə Ondan başqası ortaya çıxarmaz. Göylərə və yerə ağır gələn o saat sizə qəflətən gələcəkdir. Sanki ondan xəbərdarsanmış kimi səndən soruşurlar. "Onun bilgisi Allahın yanındadır," de. Fəqət insanların çoxu bilməz.

İsra/17:99 Göyləri və yeri yaradan Allahın, onların bir bənzərini təkrar yaratmağa qadir olduğunu düşünmürlərmi? Həqiqətən, (Allah) onlar üçün bəlli və qəti bir vaxt qoymuşdur. Zalımlar hələ də inkar edirlər.

Cinn/72:26 O, gələcəyi Biləndir; və O sirrini heç kimsəyə göstərməz.
Cinn/72:25 De ki, "Sizə söz verilən yaxındırmı, yoxsa Rəbbim onun üçün uzun bir müddətmi müəyyən etmişdir bilmirəm."

Şura/42:14 Onlara bilgi yetişdikdən sonra sırf aralarındakı paxıllıq ucbatından, ayrılığa (ixtilafa) düşdülər. Bəlli bir zaman üçün Rəbbinin verilmiş bir sözü olmasaydı, onların arasında dərhal hökm verilərdi. Onlardan sonra Kitaba varis olanlar da ondan şəkk və şübhə içindədirlər.

Yunus/10:19 İnsanlar vahid bir cəmiyyət idi; sonra anlaşılmazlığa (ixtilafa) düşdülər. Rəbbinin vermiş olduğu bir Sözü olmasaydı, anlaşılmazlığa (ixtilafa) düşdükləri mövzuda dərhal aralarında hökm veriləcəkdi.



Rad/13:2 Görə biləcəyiniz bir dirək olmadan göyləri yüksəldən, sonra bütün idarəetmə işinə hakim olan, günəşi və ayı əmri altına alan Allahdır. Hamısı müəyyən bir müddət üçün axıb getməkdədir. Bütün işləri kontrol edər və ayələri detallı olaraq açıqlayar ki, Rəbbinizlə qovuşma barəsində şübhəniz qalmasın.

Rum/30:8 Öz-özlərinə heç düşünmədilərmi ki, Allah göyləri, yeri və aralarındakıları bir məqsəd üçün və müəyyən bir müddət üçün yaratmışdır?! Buna rəğmən, insanların əksəriyyəti Rəbləri ilə qarşılaşmağı inkar etməkdədirlər.

Əhqaf/46:3 Biz göyləri, yeri və aralarındakıları ancaq bəlli bir məqsədə görə və bəlli bir müddət üçün yaratdıq. İnkar edənlər xəbərdarlığa əhəmiyyət verməməkdədirlər.

Loğman/31:34 Saatın (dünyanın son saatının) bilgisi Allahın yanındadır. Yağmuru o yağdırır və rəhimlərdə nə varsa bilir. Heç kimsə özünə sabah nə olacağını bilməz, yenə heç kimsə harada öləcəyini bilməz. Allah Biləndir, Xəbərdardır.

Əhzab/33:63 İnsanlar səndən Saatı (dünyanın son saatını) soruşur. De ki, "Onun bilgisi Allahın qatındadır; Nə bilirsən, bəlkə də o Saat yaxındır."

Fussilət/41:47 Saatın (dünyanın sonunun) bilgisi Onun qatındadır. Onun bilgisi olmadan nə meyvələr qabıqlarından çıxa bilər, nə də bir dişi hamilə qalar və ya doğar. "Hanı Mənim ortaqlarım, haradadır?" deyə onlara səsləndiyi gün, onlar: "Heç birimizin buna şahidlik etmədiyini Sənə ərz edirik," deyərlər.

Zuxruf/43:85 Göylərin, yerin və aralarındakıların hökmranlığına sahib olan Çox Ucadır. Saatın (dünyanın sonunun) bilgisi Onun yanındadır və siz Ona döndəriləcəksiniz.

Hud/11:103 Axirət əzabından qorxanlar üçün bunda bir dərs vardır. İnsanların toplandığı bir gündür o. Şahid olunan bir gündür o
Hud/11:104 Onu ancaq müəyyən bir müddət üçün təxirə salırıq.