Ənam - 6:44 Onlara çatdırılan mesajı unutduqları zaman, onlara hər şeyin qapısını ardına qədər açdıq. Özlərinə verilənlərlə həddi aşdıqları (qudurğanlıq etdikləri) vaxt onları qəflətən yaxaladıq və beləcə çaşqın və naümid qaldılar.
Öncəki cəmiyyətlərin Rəbbimiz tərəfindən yaxalanmaları:
Ənkəbut/29:40 Hamısını günahlarıyla yaxaladıq. Onlardan kimisinin üstünə çılğın bir fırtına göndərdik, kimisini də qorxunc bir səs yaxaladı, kimisini yerin dibinə batırdıq, kimisini də boğduq. Onlara zülm edən Allah deyildi; onlar özləri özlərinə zülm edirdilər.