Ənam - 6:48          
          
                        Biz elçiləri, ancaq müjdələyicilər və xəbərdar edicilər kimi göndəririk. Kim iman edib özünü düzəldərsə, onlara bir qorxu yoxdur və onlar üzülməyəcəklər.          
        
        
          Üzüntü nədir?        
      
                  
                    
                      Bəqərə/2:167                    
                  
                  
                                        Tabe olanlar belə deyəcək: “Kaş ki, bir şansımız (dünyaya dönmə imkanımız) olsaydı, onların indi bizdən uzaq durduqları kimi biz də onlardan uzaq dursaydıq!” Beləcə, Allah etdiklərini peşmançılığa  döndərər; atəşdən çıxa bilməzlər.                  
                
                
              
                  
                    
                      Yunus/10:54                    
                  
                  
                                        Zülm etmiş bir can yer üzündəki hər şeyə sahib olsa, onu fidyə olaraq vermək istəyəcəkdir. Əzabı gördükləri vaxt dərin peşmançılıq hiss edəcəklər. Ədalətlə mühakimə olunacaqlar və onlara zülm edilməyəcəkdir.                   
                
                
              
                  
                    
                      Furqan/25:25                    
                  
                  
                                        Göyün bulud kütlələri halında parçalanacağı və mələklərin cəm halda endirildiyi gün,                  
                
                
              
                  
                    
                      Furqan/25:26                    
                  
                  
                                        Məhz o gün, hakimiyyət bütünlüklə və mütləq olaraq Rəhmanındır. İnkar edənlər üçün çətin bir gün olacaqdır.                  
                
                
              
                  
                    
                      Furqan/25:27                    
                  
                  
                                        O gün zalım kimsə (üzüntüdən) əlini dişləyib belə deyər: "Kaş ki, elçi ilə birlikdə eyni yolu tutsaydım."                   
                
                
              
                  
                    
                      Furqan/25:28                    
                  
                  
                                        "Vay mənim halıma, kaş ki, filankəsi yoldaş qəbul etməsəydim."                   
                
                
              
                  
                    
                      Furqan/25:29                    
                  
                  
                                        "Məni, mənə yetişən mesajdan azdırdı. Gerçəkdən, şeytan insanı yarı yolda buraxar."                  
                
                
              
                  
                    
                      Səba/34:33                    
                  
                  
                                        Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?