Ənam - 6:59 Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.
Biliyi xaricində bir yarpaq belə düşməz:
Fussilət/41:47 Saatın (dünyanın sonunun) bilgisi Onun qatındadır. Onun bilgisi olmadan nə meyvələr qabıqlarından çıxa bilər, nə də bir dişi hamilə qalar və ya doğar. "Hanı Mənim ortaqlarım, haradadır?" deyə onlara səsləndiyi gün, onlar: "Heç birimizin buna şahidlik etmədiyini Sənə ərz edirik," deyərlər.

Fatir/35:11 Allah sizi torpaqdan, sonra bir damcıdan (nütfədən) yaratmış və sonra da sizi cütlər halında yaratmışdır. Bir dişinin hamilə qalması və doğması ancaq Onun bilgisi ilədir. Bir canlının uzun ömürlü olması da, ömrünün qısa tutulması da ancaq bir kitabda qeydə (yazıya) görədir. Bu, Allaha asandır.

Ənam/6:59 Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.