Ənam - 6:73 Göyləri və yeri yaradan Odur. "Ol," dediyi gün dərhal olar. Sözü mütləq doğrudur. Boruya üfürüldüyü gün hökmranlıq bütünüylə Onundur. Gizli və aşkar olanı Biləndir. O, Hikmət sahibidir, Xəbərdardır.
""Ol," dediyi gün dərhal olar." Əlaqəli:
Bəqərə/2:116 Allah Özünə övlad götürmüşdür!” - dedilər. Qətiyyən (elə deyil), O Ucadır. Göylərdə və yerdə olanların hamısı Onundur, hamısı Ona boyun əyməkdədir.
Bəqərə/2:117 Göyləri və yeri yoxdan icad edəndir. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.

Ali İmran/3:47 (Məryəm): “Rəbbim! Mənə bir bəşər toxunmamışkən necə övladım ola bilər?” - deyincə, belə cavab verdi: “Allah istədiyini belə yaradır. Hər hansısa bir şeyin olmasını istədiyi an ona 'Ol' deyər və o şey olar.
Ali İmran/3:59 Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.

Ənam/6:73 Göyləri və yeri yaradan Odur. "Ol," dediyi gün dərhal olar. Sözü mütləq doğrudur. Boruya üfürüldüyü gün hökmranlıq bütünüylə Onundur. Gizli və aşkar olanı Biləndir. O, Hikmət sahibidir, Xəbərdardır.

Məryəm/19:35 Allaha bir övlad isnad etməkdən söhbət gedə bilməz. O bundan uzaqdır. Bir işi istədimi, ona sadəcə "Ol," deyər, o da olar.

Ənbiya/21:69 "Ey atəş, İbrahimə qarşı sərin və güvənilir (təhlükəsiz) ol!" dedik.

Ya sin/36:82 Bir şeyi istədiyi zaman, ona sadəcə "Ol!" deyər və o da dərhal olar.

Ğafir/40:68 Odur yaşadan və öldürən. Bir işin olmasını istəyərsə, ona sadəcə: “Ol!”– deyər və olar.