Ənam - 6:84 Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Əyyub:
Ənbiya/21:83 Əyyub da... Rəbbinə belə yalvarmışdı: "Mənə fəlakət üz verdi. Sən mərhəmətlilərin ən mərhəmətlisisən."
Ənbiya/21:84 Biz ona cavab verərək nə sıxıntısı varsa onu aradan qaldırdıq. Qatımızdan bir rəhmət, qulluq edənlərə bir xatırlatma olaraq ona, ailəsini və onların bir mislini verdik.

Sad/38:41 Qulumuz Əyyubu xatırla: "Rəbbim, şeytan mənə taqətsizlik və ağrı-acı toxundurdu," deyə Rəbbinə səslənmişdi.
Sad/38:42 "Ayağını yerə vur. Budur, yuyunacaq və içiləcək soyuq bir qaynaq."
Sad/38:43 Övladlarını bir qat əlavəsi ilə birlikdə ona geri verdik. Bu, ağıl sahiblərinə Bizdən bir rəhmət və mesajdır.
Sad/38:44 "İndi əlinə bir dəyənək alıb yola çıx. Andını pozma." Onu səbrli gördük. Nə yaxşı bir qul! Sürəkli yönəlirdi.

Ənam/6:84 Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.

Nisa/4:163 Nuha və ondan sonra gələn peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba və soyuna, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmiş, Davuda da Zəbur vermişdik.