Ənam - 6:9 Onu bir mələk etsəydik, onu bir adam şəklində göndərər və həmin şübhələrində saxlayardıq.
Şübhələri nə idi?
Fussilət/41:14 Onlara, "Allahdan başqasına qulluq/xidmət etməyin," deyə önlərindən və arxalarından elçilər getmişdi. Onlar isə, "Rəbbimiz istəsəydi, bir mələk endirə bilərdi. Buna görə də, sizin gətirdiyiniz mesaja inanmırıq," dedilər.

İbrahim/14:9 Sizdən öncəkilərin, Nuh, Ad və Səmud xalqının və onlardan sonra gəlib, sadəcə Allahın bildiyi kimsələrin xəbərləri sizə yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getdilər, fəqət onlara dəyər vermədilər (alçaltdılar) və "Biz gətirdiyiniz şeyi inkar edirik və bizi çağırdığınız mesaj haqqında şəkkimiz və şübhəmiz var," dedilər.