Ənam - 6:90 Bunlar, Allahın doğru yola yetişdirdikləridir. Onların yoluna tabe ol. De ki: "Mən buna qarşılıq sizdən bir ücrət istəmirəm. Bu, sadəcə bütün insanlara bir mesajdır."
Quran bütün aləmə bir mesajdır:
Ali İmran/3:58 Sənə bu oxuduqlarımız, ayələrdən və hikmətli mesajdandır.

Ənam/6:90 Bunlar, Allahın doğru yola yetişdirdikləridir. Onların yoluna tabe ol. De ki: "Mən buna qarşılıq sizdən bir ücrət istəmirəm. Bu, sadəcə bütün insanlara bir mesajdır."

Ənbiya/21:50 Bu, da ona nazil etdiyimiz mübarək bir mesajdır. Siz indi ona qarşımı çıxırsınız?

Əhqaf/46:29 Cinlərdən bir qrupu, Quranı dinləmək üzrə sənə yönəltmişdik. Onun yanına gəldiklərində, "Susun," dedilər. (Oxuma) tamamlanınca topluluqlarına bir xəbərdar edici olaraq döndülər.

Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.


Sad/38:43 Övladlarını bir qat əlavəsi ilə birlikdə ona geri verdik. Bu, ağıl sahiblərinə Bizdən bir rəhmət və mesajdır.
Sad/38:49 Bu, bir mesajdır: Müttəqilər üçün gözəl bir gələcək,

Zuxruf/43:44 Bu, sənə və xalqına bir mesajdır; ondan sorğu-sual olunacaqsınız.

Qaf/50:8 Hər yönələn qul üçün bu bir aydınlatma və mesajdır.

Qamər/54:17 Quranı mesaj üçün asanlaşdırdıq; Öyüd alan yoxdur?