Ənam - 6:92 Bu, özündən öncəkiləri təsdiqləyən mübarək bir kitab olaraq, ölkələrin anasını və ətrafındakıları xəbərdar etməyin üçün nazil edilmişdir. Axirətə iman edənlər ona inanırlar və onlar namazlarına da davam edərlər.
İman edənlər namazlarına da davam edərlər:
Məaric/70:23 Onlar ki, namazlarını diqqətdən yayındırmazlar;
Məaric/70:34 Namazlarının yaxşı olması üçün böyük səy göstərirlər.

Bəqərə/2:238 Namazlara, xüsusilə orta namaza diqqət edin. Özünüzü tamamilə Allaha verərək namaza durun.

Ənam/6:92 Bu, özündən öncəkiləri təsdiqləyən mübarək bir kitab olaraq, ölkələrin anasını və ətrafındakıları xəbərdar etməyin üçün nazil edilmişdir. Axirətə iman edənlər ona inanırlar və onlar namazlarına da davam edərlər.

Ta ha/20:132 Ailənə namazı əmr et və bu mövzunun üstündə önəmlə dur. Biz səndən heç bir ruzi gözləmirik. Əksinə Biz səni bəsləyirik. Aqibət, müttəqilərindir.

Sad/38:30 Davuda, Süleymanı verdik. Yaxşı bir quldu, (Tanrıya) sürəkli yönələn biri idi.
Sad/38:31 Bir axşam, ona gözəl qaçış atları təqdim edilmişdi.
Sad/38:32 Dedi ki, "Mal və mülk sevgisi məni Rəbbimi xatırlamaqdan saxladı. Ta ki, o (günəş) bir örtüyün arxasında yox oldu."

Nisa/4:103 Namazı bitirdiyiniz zaman ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayın. Güvənə qovuşduğunuzda namazı qoruyun. Namaz iman edənlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.

Muminun/23:9 Onlar ki, namazlarını müntəzəm olaraq qoruyurlar.

Həcc/22:41 Onlar (o kəslər) ki, onları yer üzünə yönəticilər etdiyimiz zaman, namazı qoruyar, zəkatı verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Son qərar Allaha aiddir.

Nur/24:37 Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.