Məaric - 70:16
Yandırıb-yaxmaq üçün istəklidir...
Necə bir atəş?
Bəqərə/2:24
Bunu edə bilməsəniz, – əsla edə bilməyəcəksiniz – o təqdirdə inkarçılar üçün hazırlanan və yanacağı insanlar ilə daşlar olan atəşdən çəkinin.
Ali İmran/3:10
İnkar edənlərin nə paraları (pulları), nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar atəşin yanacağıdır.
Cinn/72:14
"Aramızda müsəlmanlar da var, kompromislər (qarşılıqlı güzəşt əsasında razılığa gələnlər) də vardır." Kim təslim olarsa, məhz gerçəyi araşdıranlar onlardır.
Cinn/72:15
Kompromislərə gəlincə, cəhənnəmə odun olmuşdurlar.
Ənbiya/21:97
Haqq sözün gerçəkləşməsi yaxınlaşmış və kafirlərin gözləri qorxudan donub qalmışdır: "Vay bizim halımıza, biz bundan qafil idik. Biz gerçəkdən zalımlar olduq."
Ənbiya/21:98
Siz və Allahla yanaşı qulluq/xidmət etdikləriniz cəhənnəmin yanacağısınız; siz oraya girməyə layiqsiniz.
Təhrim/66:6
Ey iman edənlər, yanacağı insanlar və daşlar olan atəşdən özünüzü və ailənizi qoruyun. Atəşin üzərində sərt və güclü mələklər var ki, Allahın əmrinə qarşı gəlməzlər və onlara nə əmr edilmişsə onu yerinə yetirərlər.
Məaric/70:15
Xeyr, o alovu atəşdir.
Məaric/70:16
Yandırıb-yaxmaq üçün istəklidir...
Məaric/70:17
Çağırır, arxasını dönüb gedəni,
Məaric/70:18
Toplayıb kassada saxlayanı.
Qariə/101:8
Kimin də tərəziləri yüngül gələrsə,
Qariə/101:9
Onun da anası uçurumdur.
Qariə/101:10
O uçurumun nə olduğunu bilirsənmi?
Qariə/101:11
O, qızğın bir atəşdir!