Cinn - 72:1          
          
                        De ki, "Mənə vəhy edildiyinə görə, cinlərdən bir qrup dinlədilər və belə dedilər: "Biz diqqət çəkən bir Quran eşitdik."          
        
        
          Cinlərin Quranı dinləməsi ilə əlaqəli:        
      
                  
                    
                      Əhqaf/46:29                    
                  
                  
                                        Cinlərdən bir qrupu, Quranı dinləmək üzrə sənə yönəltmişdik. Onun yanına gəldiklərində, "Susun," dedilər. (Oxuma) tamamlanınca topluluqlarına bir xəbərdar edici olaraq döndülər.                  
                
                
              
                  
                    
                      Əhqaf/46:30                    
                  
                  
                                        Dedilər: "Ey xalqımız,  Biz, Musadan sonra, özündən öncəkiləri təsdiqləyici olaraq nazil edilən bir kitabı dinlədik. O gerçəyə və ən doğru yola yönəltməkdədir."                  
                
                
              
                  
                    
                      Əhqaf/46:31                    
                  
                  
                                        "Ey xalqımız, Allaha (tərəf) çağırana cavab verin. Ona iman edin ki, günahlarınızı bağışlasın. Və sizi ağrılı-acılı əzabdan qorusun."                   
                
                
              
                  
                    
                      Əhqaf/46:32                    
                  
                  
                                        Allaha (tərəf) çağırana cavab verməyənlər yer üzündə (Allahdan) qaça bilməz. Onların Ona qarşı dostları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər.