Muzzəmmil - 73:10
Onların sözlərinə qarşı səbrli ol və onlardan gözəl şəkildə ayrıl.
Cahil insanlar onlara xoşa gəlməz söz deyincə iman edənlər sülh (barış) təklif edərlər:
Məryəm/19:46
(Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47
(İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."
Furqan/25:63
Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.
Furqan/25:72
Onlar yalan (yerə) şahidçilik etməzlər. Boş sözlərlə qarşılaşdıqlarında əhəmiyyət verməyib keçərlər.
Qasas/28:55
Boş sözləri eşitdiklərində ondan üz çevirərlər və "Bizim işimiz bizə, sizin işiniz sizə. Sizə salam (sülh) olsun! Biz cahillərlə məşğul olmaq istəmirik!" deyərlər.
Zuxruf/43:89
Onlara əhəmiyət vermə və "Salam" (sülh və rifah), de; yaxında biləcəklər.
Muzzəmmil/73:10
Onların sözlərinə qarşı səbrli ol və onlardan gözəl şəkildə ayrıl.
Ənam/6:68
Ayə və möcüzələrimizi lağlağıya qoyanları gördüyün vaxt, başqa bir söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdurarsa, xatırladıqdan sonra belə zalım kimsələrlə birlikdə oturma.
Ənam/6:108
Allahdan başqa yalvardıqlarına söyməyin ki, onlar da həddi aşıb cəhalət üzündən Allahı söyməsinlər. Biz hər topluluğa etdikləri işi bu cür süslü göstərdik. Axırda dönüşləri Rəblərinədir və onlara etdiklərini xəbər verər.