Muddəssir - 74:2 Qalx və xəbərdar et.
Quranın ümumi mesajı/xəbərdarlığı:
İbrahim/14:52 Bu, insanlar üçün bir bildirişdir. Bu xəbərdarlığı dinləsinlər, Onun yalnız Tək Tanrı olduğunu bilsinlər və ağıl sahibləri öyüd alsınlar.

İsra/17:2 Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."

Nəhl/16:2 Qullarından istədiyinə, mələkləri vəhylə endirərək, əmrini çatdırır: "İnsanlara xəbərdarlıq edin: Məndən başqa tanrı yoxdur və Məni dinləyin."

Ənbiya/21:25 Səndən öncə (elə) bir elçi göndərmədik ki, ona: "Məndən başqa tanrı yoxdur; sadəcə Mənə qulluq edin!" deyə vəhy etmiş olmayaq.

Əhqaf/46:21 Ad qövmünün qardaşının qum təpələrindəki xalqını xəbərdar etmiş olduğunu xatırla! Ondan öncə və sonra "Allahdan başqasına qulluq etməyin. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram," deyən neçə-neçə xəbərdar edən (elçilər) keçmişdi.

Sad/38:65 De ki, "Mən sadəcə xəbərdar edən biriyəm. Tək və Hakim olan Allahdan başqa bir tanrı yoxdur."

Ənam/6:19 Soruş: "Kimin şahidliyi böyükdür?" De ki: "Mənimlə sizin aranızda Allah Şahiddir. Sizi və yetişəcəyi hər kəsi xəbərdar etmək üçün mənə bu Quran verildi. Allahdan başqa tanrı olduğunamı şahidlik edirsiniz?" De: "Mən belə şahidlik etmirəm." Və sonra bunu da söylə: "O tək bir Tanrıdır. Mən sizin ortaq qoşduğunuz şeydən uzağam."

Ğafir/40:15 Dərəcələri Yüksəldən, Hökmranlığın Sahibi. Görüşmə Gününə qarşı xəbərdar etsin deyə qullarından istədiyinə, əmrlərini əhatə edən vəhyini nazil edir.

Nəbə/78:40 Biz, sizə yaxın bir əzab ilə xəbərdarlıq etmişik. O gün insan etdiklərinə baxar və inkar edən isə, "Kaş ki, torpaq olsaydım!" deyər.

Ənam/6:70 Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.

Kəhf/18:2 Qüsursuz bir (kitab)... Ondan gələcək (olan) şiddətli bir cəzaya qarşı xəbərdar etsin və müttəqi davranan möminlər üçün gözəl bir mükafatı müjdələsin.

Məryəm/19:39 Haqq-hesabın (sorğu-sualın) yekunlaşacağı Kədər Günü haqqında onları xəbərdar et. Onlar hələ də qəflətdədirlər,  iman etmirlər.

Ali İmran/3:30 Gün gələcək, hər kəs etdiyi hər yaxşılığı önündə hazır görəcək. İşlədiyi hər pislik ilə özü arasında uzun bir məsafə olmasını istəyəcək. Allah Özü haqqında sizə xəbərdarlıq edir. Allah qullara şəfqətlidir.

Şura/42:7 Paytaxt (Ana şəhər) və çevrəsini xəbərdar etməyin üçün və gerçəkləşəcək olan Toplanma Gününə qarşı xəbərdar etməyin üçün Biz qüsursuz bir dilə sahib olan bir Quranı beləcə sənə vəhy edirik. Onlardan bir qismi cənnətə, bir qismi də cəhənnəmə girəcəkdir.

Ənam/6:51 Rəblərinin hüzuruna çıxacaqlarına görə həyəcanlananları onunla (Quranla) xəbərdar et. Ondan başqa bir sahibləri və şəfaətçiləri (vasitəçiləri) yoxdur. Bəlkə qorunarlar.

İbrahim/14:44 İnsanları, əzabın onlara gələcəyi gün barəsində xəbərdar et. Zalımlar, "Rəbbimiz, bizi yaxın bir vaxta qədər möhlət ver ki, sənin çağırışına qatılaq və elçilərə tabe olaq," deyəcəklər. Halbuki daha öncə siz, sonunuzun gəlməyəcəyinə dair and içməmişdinizmi?

Ğafir/40:18 Onları yaxınlaşan gün haqqında xəbərdar et, o zaman ürəklər qırtlaqlarda dayanmışdır, udqunurlar. Zalımlar üçün nə bir dost, nə də sözü dinlənilən bir şəfaətçisi vardır.

Zumər/39:71 İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.