Muddəssir - 74:29 İnsanlar üçün bir göstəricidir/ekrandır.
Quranın gerçək olduğunu göstərən bəzi xəbərlər, işarələr irəlidə ortaya çıxacaq:
Fussilət/41:53 Onun gerçək olduğu onlara açıq-aşkar olana qədər, onlara üfüqlərdə və öz içlərində ayələrimizi (işarət və dəlillərimizi) göstərəcəyik. Rəbbinin hər şeyə şahid olması yetərli deyilmi?

Ənbiya/21:37 İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Sizə ayələrimi (işarətlərimi) göstərəcəyəm; tələsməyin.

Sad/38:88 "Və onun xəbərlərini bir müddət sonra öyrənəcəksiniz."

Nəml/27:93 De ki, "Tərif Allahadır; ayələrini sizə göstərəcək, siz də onları tanıyacaqsınız. Rəbbin onların etdiyindən xəbərsiz deyildir."

Ənam/6:66 Gerçək olmasına rəğmən sənin xalqın bunu (Quranı) yalanladı. De ki: "Mən üzərinizdə nəzarətçi deyiləm."
Ənam/6:67 Hər bir xəbərin gerçəkləşəcəyi bir zaman vardır. İrəlidə biləcəklər.

Nəml/27:82 Zamanı gəlincə, onlara torpaqdan məmul bir məxluq çıxardacağıq; onlara, insanların ayə və möcüzələrimizə iman etmədiyini bildirəcək.
Nəml/27:83 Gün gələcək, hər camaatın içində, ayələrimizi və möcüzələrimizi yalanlayan kimsələri toplayıb sürüyəcəyik.
Nəml/27:84 Gəldikləri zaman, "Ayə və möcüzələrimi bilginizlə qavramadığınız halda yalanladınız, eləmi? Yoxsa etdiyiniz nə idi?" deyər.

Zumər/39:23 Allah sözün ən gözəlini endirdi, tutarlı və ikişərli bir kitab halında. Rəblərinə sayğı göstərənlərin dəriləri ondan dolayı ürpərər. Sonra dəriləri və qəlbləri Allahın mesajına qarşı yumşalar. Bu, Allahın yol göstərməsidir; istədiyini və/və ya istəyəni ona yetişdirər. Allahın azdırdığı bir kimsəyə rəhbər tapılmaz.

Qamər/54:1 Saat (dünyanın sonu) yaxınlaşdı və ay yarıldı.
Qamər/54:2 Bir möcüzə görsələr üz çevirərlər və, "Davam eden bir sehrdir" deyərlər.
Qamər/54:3 Yalanladılar, arzularına və tamamilə status-kvo'ya tabe oldular.
Qamər/54:4 Halbuki, pisliklərini əngəlləyə biləcək xəbərdarlıqlarla dolu xəbərlər onlara gəlmişdir.
Qamər/54:5 Bu üstün bir hikmətdir; ancaq xəbərdarlıqlar fayda vermir.

Muddəssir/74:31 Biz atəşə gözətçi olaraq sadəcə mələkləri təyin etdik. Onların sayını (on doqquzu) da, inkar edənlər üçün bir fitnə (imtahan/hüzursuzluq qaynağı) etdik, kitab verilmiş olanları razı etsin, iman edənlərin inancını gücləndirsin, kitab verilmiş olanlarla iman edənlərin şübhələrini ortadan qaldırsın və qəlblərində xəstəlik olanlarla inkar edənlər də, "Allah bu örnəklə nə demək istəyir?" desinlər. Beləcə Allah istədiyini/istəyəni azdırır və istədiyini/istəyəni də doğruya yönəldir. Rəbbinin ordularını Özündən başqası bilməz. Bu (say) insanlara bir mesajdır.

Ta ha/20:133 "Bizə heç olmazsa bir ayə (möcüzə) gətirməliydi!" dedilər. Daha öncəki kitablarda olan bəyyinə (dəlil) onlara gəlmədimi?"

Hud/11:17 Daha öncə Musanın kitabı bir öndər və rəhmət olduğu halda, indi Rəblərindən gələn bir şahidin gətirdiyi qəti bir dəlilə sahib olanlar ki var, bax onlar ona iman edərlər. Hansı qrup onu inkar edərsə yeri atəşdir. Ondan heç bir şübhən olmasın. O, Rəbbindən gələn bir gerçəkdir. Halbuki insanların əksəriyyəti iman etməz.

Əhqaf/46:10 De ki , "Düşündünüzmü, əgər o, Allah qatındandırsa və siz də ona qarşı çıxmışsınızsa və İsrail oğullarından bir şahid də bunun bənzərini görüb iman etdiyi halda, siz təkəbbür göstərib üz çevirmişsinizsə?! Şübhəsiz Allah zalım topluluğu doğru yola yönəltməz."
Əhqaf/46:11 İnkar edənlər, iman edənlərə, "O yaxşı bir şey olsaydı, bizdən önə keçə bilməzdilər" deyərlər və ona yol tapa bilmədikləri üçün, "Bu bir əfsanədir" deyəcəklər.