Qiyamə - 75:15          
          
                        Bəzi üzrlər ortaya qoysa da...          
        
        
          Allah dirilmə günü inkar edənlərlə danışmaz, bəhanələrini dinləməz:        
      
                  
                    
                      Nəhl/16:84                    
                  
                  
                                        Hər topluluqdan bir şahid göndərdiyimiz gün, inkar edənlərə nə izin verilər, nə də üzrləri qəbul edilər.                   
                
                
              
                  
                    
                      Bəqərə/2:174                    
                  
                  
                                        Allahın nazil etdiyi kitabdan bir şey gizləyib onu az bir dəyərə dəyişənlər, qarınlarına atəş doldururlar. Dirilmə günündə Allah onlarla danışmaz və onları təmizə çıxarmaz. Onlara ağrı-acı verici bir əzab var.                  
                
                
              
                  
                    
                      Muminun/23:104                    
                  
                  
                                        Onlar orada pərişan vəziyyətdə ikən, atəş də üzlərini yalayacaqdır.                  
                
                
              
                  
                    
                      Muminun/23:105                    
                  
                  
                                        Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?                  
                
                
              
                  
                    
                      Muminun/23:106                    
                  
                  
                                        (Onlar) deyəcəklər, "Rəbbimiz, bizi talehsizliyimiz (bədbəxtliyimiz) məğlub etdi; biz azan bir camaat olduq."                  
                
                
              
                  
                    
                      Muminun/23:107                    
                  
                  
                                        "Rəbbimiz, bizi buradan çıxart! Əgər (köhnə vəziyyətimizə) dönərsək artıq biz gerçəkdən zalımlarıq."                  
                
                
              
                  
                    
                      Muminun/23:108                    
                  
                  
                                        Deyəcək ki, "Qalın orada, Mənimlə danışmayın."                  
                
                
              
                  
                    
                      Muminun/23:109                    
                  
                  
                                        "Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."                  
                
                
              
                  
                    
                      Muminun/23:110                    
                  
                  
                                        "Siz isə onları məsxərəyə qoyurdunuz və onlar üzündən Məni xatırlamağı unutdunuz. Onlara gülürdünüz."                  
                
                
              
                  
                    
                      Ğafir/40:52                    
                  
                  
                                        O gün zalımlara üzrləri bir fayda verməz. Lənətə layiqdirlər və onlar üçün pis bir aqibət vardır.                   
                
                
              
                  
                    
                      Ali İmran/3:77                    
                  
                  
                                        Allaha verdikləri sözü və andlarını az bir dəyər müqbilində dəyişənlərin  axirətdə bir payları yoxdur. Allah onlarla danışmaz, Dirilmə Günü onlara baxmaz və onları təmizə çıxarmaz. Onlar üçün ağrılı-acılı bir əzab vardır.                  
                
                
              
                  
                    
                      Fussilət/41:24                    
                  
                  
                                        Dözərlərsə, yerləri atəşdir. Yox, xoş görülmək istəyərlərsə, üzrləri qəbul edilməyəcəkdir.                  
                
                
              
                  
                    
                      Casiyə/45:35                    
                  
                  
                                        "Çünki siz Allahın ayələrini məsxərəyə qoydunuz və dünya həyatı sizi aldatdı." Nəticə olaraq, onlar oradan çıxa bilməzlər və üzrləri də dinlənməz.                   
                
                
              
                  
                    
                      Təhrim/66:7                    
                  
                  
                                        Ey inkar edənlər, bu gün üzrxahlıq etməyin. Siz ancaq etdiklərinizin qarşılığını görməkdəsiniz.                   
                
                
              
                  
                    
                      Nəml/27:85                    
                  
                  
                                        Haqsızlıq etdikləri üçün verilən söz başlarına gələr və artıq danışa bilməzlər.                  
                
                
              
                  
                    
                      Mursəlat/77:34                    
                  
                  
                                        Yalanlayanların vay halına o gün!                   
                
                
              
                  
                    
                      Mursəlat/77:35                    
                  
                  
                                        Bu, onların danışa bilməyəcəyi bir gündür.                  
                
                
              
                  
                    
                      Mursəlat/77:36                    
                  
                  
                                        Və üzr istəmələri üçün onlara izin də verilməz.                  
                
                
              
                  
                    
                      Casiyə/45:35                    
                  
                  
                                        "Çünki siz Allahın ayələrini məsxərəyə qoydunuz və dünya həyatı sizi aldatdı." Nəticə olaraq, onlar oradan çıxa bilməzlər və üzrləri də dinlənməz.