İnsan - 76:11
Həqiqətən, Allah onları o günün pisliyindən qoruyar və onlara nəşə və sevinc verər.
Axirətdə şadlıq və sevinc:
Ali İmran/3:15
De ki: “Bundan daha yaxşısını sizə xəbər verimmi? Müttəqilər üçün Rəblərinin yanında ağacları altından çaylar axan, içində sonsuzadək qalacaqları cənnətlər (bağçalar), tərtəmiz zövcələr və Allahın razılığını qazanmaqdan ötrü xoşbəxtlik vardır”. Allah qullarını görür.
Yunus/10:63
İman edənlər və müttəqi davrananlar.
Yunus/10:64
Dünya həyatında da, axirətdə də xoşbəxtlik onlarındır. Allahın kəlmələri (verdiyi söz) dəyişməz. Məhz bu, ən böyük zəfərdir.
Kəhf/18:107
İman edib müttəqi davrananlara gəlincə, onlar məskən olaraq sevinc və xoşbəxtliklə dolu olan cənnətlərə layiqdirlər.
Səcdə/32:17
Etdiklərinə qarşılıq olaraq, onları nə qədər böyük bir sevinc və xoşbəxtlik gözlədiyini heç kimsə bilə bilməz.
Zuxruf/43:69
Ayələrimə iman edənlər və təslim olanlar,
Zuxruf/43:70
Siz və həmtaylarınız cənnətə girin; sevinc içində qarşılanacaqsınız.
İnsan/76:11
Həqiqətən, Allah onları o günün pisliyindən qoruyar və onlara nəşə və sevinc verər.
Mutaffifin/83:23
Taxtlar üzərində ətrafı seyr edərlər.
Mutaffifin/83:24
Üzlərindən nemətlərin sevinc və parıltısını oxuyarsan.
İnşiqaq/84:8
Asan bir hesaba çəkiləcək,
İnşiqaq/84:9
Və yoldaşlarına sevinc içində dönəcəkdir.
Ğaşiyə/88:8
O gün başqa üzlər də var ki, xoşbəxtdir.
Ğaşiyə/88:9
Etdiklərindən ötrü sevinclidir.
Ğaşiyə/88:10
Yüksək bir cənnətdədir.