Naziat - 79:17 "Fironun yanına get; o azdı."
Elçilərin Firona möcüzələrlə getməsi və böyüklənmələri:
Əraf/7:104 Musa: "Firon, mən aləmlərin Rəbbindən bir elçiyəm."
Əraf/7:105 "Allah haqqında gerçəkdən başqa bir şey söyləməmək mənim görəvimdir. Rəbbinizdən sizə bir dəlil ilə gəldim; İsrail oğullarını mənimlə birlikdə sərbəst burax."
Əraf/7:106 Dedi: "Bir ayə (möcüzə) ilə gəlmisənsə və gerçəkdən doğru sözlüsənsə gətir onu görək."
Əraf/7:108 Əlini çıxardı, baxanlar üçün ağappaq oldu.
Əraf/7:109 Firon xalqının elitaları dedilər: "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"
Əraf/7:110 "Sizi yurdunuzdan çıxarmaq istəyir. Nə təklif irəli sürürsünüz?"

Muminun/23:45 Sonra Biz, Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir səlahiyyətlə göndərdik.
Muminun/23:46 Firon və öncü dəstəsinə... Ancaq onlar təkəbbür göstərdilər. Onlar həddini bilməz (utanmaz) bir topluluq olmuşdu.
Muminun/23:47 "O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.

Şuəra/26:29 Dedi ki, "Məndən başqa bir tanrı (Hökmdar) qəbul edərsən, sənə həbs cəzası qoyacağam."
Şuəra/26:30 Dedi ki, "Sizə açıq-aşkar bir şey gətirmiş olsam da, eləmi?"
Şuəra/26:31 Dedi ki, "Doğru sözlüsənsə, gətir görək onu!"
Şuəra/26:32 Dəyənəyini atınca, açıq-aşkar bir ilan oldu.
Şuəra/26:33 Əlini çıxardan kimi, baxanlara ağappaq göründü.
Şuəra/26:34 Ətrafındakı zadəganlara dedi ki, "Bu, gerçəkdən çox usta bir sehrbaz imiş!"
Şuəra/26:35 "Sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?"

Nəml/27:13 "Onlara açıq şəkildə görünən möcüzələrimiz gəldiyində, "Bu, açıq-aşkar bir sehrdir!" dedilər.
Nəml/27:14 Zülm və təkəbbürlərinə görə özlərinin haqlı olduğuna inandılar və onları rədd etdilər. Fəsad törədənlərin aqibətinin necə olduğuna diqqət et.

Qasas/28:37 Musa dedi ki, "Rəbbim, Öz tərəfindən bir hidayətlə gələnin kim olduğunu və axırda kimin qazanclı çıxacağını yaxşı bilir. Zalımlar həqiqətən uğur qazana bilməzlər."
Qasas/28:38 Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
Qasas/28:39 O və ordusu yer üzündə haqsız yerə təkəbbür göstərdi və Bizim hüzurumuza dönməyəcəklərini sandılar.

Ğafir/40:23 Musanı ayələrimiz və açıq-aşkar bir səlahiyyət ilə göndərdik.
Ğafir/40:24 Firona, Hamana və Qaruna... "Bu, sehrbazın və yalançının biridir," dedilər.

Zuxruf/43:46 Örnək olaraq; Musanı ayələrimizlə Firon və onun əyanlarının yanına göndərdik və "Mən aləmlərin Rəbbinin elçisiyəm," demişdi.
Zuxruf/43:47 Möcüzələrimizi onlara götürdüyü zaman, o möcüzələrə gülmüşdülər.

Zəriyət/51:38 Musada da (bir dərs vardır). Onu Firona açıq-aşkar bir dəlil ilə göndərmişdik.
Zəriyət/51:39 Əyanları ilə birlikdə üz çevirdi və "Ya bir sehrbazdır, ya da bir dəlidir," dedi.

Naziat/79:16 Rəbbi, mübarək Tuva vadisində ona səslənmişdi:
Naziat/79:19 "Səni Rəbbinə tərəf yetişdirim ki, hörmətli olasan."