Naziat - 79:45 Sənin görəvin, sadəcə ondan qorxanları xəbərdar etməkdir.
42, 43 ... 46 ayələri əsasında; Heç bir zaman gerçəkləşməyəcəyindən əmin bir şəkildə, meydan oxuyaraq saat / dünyanın sonunun vaxtını soruşan inkarçılara işarə:
Ənbiya/21:38 "Doğru sözlüsünüzsə, O verilən söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.
Ənbiya/21:39 İnkar edənlər, üzlərindən və arxalarından atəşi uzaqlaşdıra bilməyəcəkləri və yardım da görə bilməyəcəkləri anı bir bilsəydilər.

Ənam/6:57 De: "Mən Rəbbimdən bir dəlilə əsaslanıram. Siz isə onu yalanladınız. Ona meydan oxuyaraq istədiyiniz şeyi gətirmək mənim əlimdə deyil. Hökm, ancaq və ancaq Allahındır. Gerçəyi bəyan edir. O, ən yaxşı ayırandır.

Həcc/22:47 Sənə əzabı gətirməyin üçün meydan oxuyurlar. Allah sözünü pozmaz. Rəbbinin qatında bir gün, onların hesabıyla min il kimidir.

Şuəra/26:202 Onlara qəflətən, gözləmədikləri bir anda gələcəkdir.
Şuəra/26:203 O zaman, "Bizə bir az möhlət verilməyəcəkmi?" deyərlər.

Nəml/27:71 "Doğrusunuzsa, bu söz nə zaman gerçəkləşəcək?" deyirlər.
Nəml/27:72 "Bəlkə də, meydan oxuyaraq istədiyiniz şeylərin bir qismi, hətta sizə çatmışdır," de.

Ənkəbut/29:53 Əzabı gətirməyin üçün sənə meydan oxuyurlar! Müəyyən etdiyimiz bir zaman olmasaydı, o əzab onlara gələcəkdi. Onlara qəflətən, xəbərləri olmadan gələcəkdir.
Ənkəbut/29:54 Sənə əzabı gətirməyin üçün meydan oxuyurlar. Halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.
Ənkəbut/29:55 Gün gələcək əzab üstlərindən və ayaqlarının altından onları sarıb örtəcək və (Tanrı onlara), "Etdiklərinizi dadın!" deyəcəkdir.

Səcdə/32:28 "O zəfər nə zaman gerçəkləşəcək, doğru sözlüsünüzsə?" deyə meydan oxuyurlar.
Səcdə/32:29 De ki, "Zəfər günü, inkar edənlərə iman etmələri bir fayda verməyəcəkdir; onlara başqa bir şans da verilməyəcəkdir."

Səba/34:29 "Doğru söyləyirsinizsə, o söz nə zaman gerçəkləşəcəkdir?" deyərək meydan oxuyurlar.
Səba/34:30 De ki, "Sizə bir saat gecikməyəcək, bir saat da tez gəlməyəcək, müəyyən edilmiş bir gününüz vardır."

Ya sin/36:48 Eyni zamanda, "Doğru sözlüsünüzsə, o söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.
Ya sin/36:49 Höcətləşərlərkən onları yaxalayacaq tək bir partlamanı gözləməkdədirlər.
Ya sin/36:50 Nə bir vəsiyyət buraxmağa vaxt tapa bilərlər, nə də ailələrinin yanına dönə bilərlər.
Ya sin/36:51 Boruya üfürülən kimi, onlar məzarlarından qalxıb Rəblərinə qaçacaqlar.
Ya sin/36:52 "Vay halımıza, yatdığımız yerdən bizi kim qaldırdı? Bu, Rəhmanın söz verdiyi şeydi. Demək elçilər doğru söyləmişdi," deyərlər.

Şura/42:17 O Allah ki, kitabı gerçək və ədalətlə nazil etmişdir. Nə bilirsən, bəlkə Saat (dünyanın sonu) yaxındır.
Şura/42:18 Ona iman etməyənlər onun haqqında meydan oxuyurlar. Ona iman edənlər isə ondan təşvişə düşərlər və onun gerçək olduğunu bilirlər. Saat mövzusunda şübhəyə düşənlər böyük bir azğınlıq içindədirlər.

Zəriyət/51:14 Cəzanızı dadın, meydan oxumaqda olduğunuz şey budur!

Şuəra/26:135 "Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
Şuəra/26:136 Dedilər ki, "Öyüd versən də, verməsən də, bizə görə eynidir."
Şuəra/26:137 "Bu, bizdən öncəkilərin izlədiyi həyat tərzidir."
Şuəra/26:139 Beləcə onu yalanladılar. Nəhayət Biz də onları məhv etdik. Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.