Əraf - 7:137 Ölkənin məhsuldar etdiyimiz şərq və qərb hissələrinə xor görülən və zəif salınan insanları mirasçı etdik. Sıxıntılara müqavimət göstərdikləri üçün, Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz gerçəkləşdi. Firon və xalqının qurduqları quruluş və qurumları da yerlə bir etdik.
Firon və xalqının yaratdığı inşaatlar və qurumlar:
Duxan/44:17 Onlardan öncə Fironun xalqını sınamışdıq; Onlara şərəfli bir elçi getmişdi:
Duxan/44:18 "Ey Allahın qulları, mənə qulaq asın. Mən sizə göndərilmiş etibarlı bir elçiyəm."
Duxan/44:19 "Allaha qarşı təkəbbür göstərməyin. Mən sizə açıq-aşkar bir dəlillə gəlmişəm."
Duxan/44:20 "Sizin məni daşa basmanızdan, mənim Rəbbimə və sizin Rəbbinizə sığınıram."
Duxan/44:21 "Mənə inanmırsınızsa, heç olmasa məni yalnız buraxın."
Duxan/44:22 Və, "Bunlar günahkar bir topluluqdur," deyə Rəbbinə yalvardı.
Duxan/44:23 "Qullarımla gecə vaxtı yola çıx. Siz izlənirsiniz."
Duxan/44:24 "Dənizi yarılmış olaraq tərk et. Onlar boğulmağa məhkum bir ordudur."
Duxan/44:25 Onlar geridə nələr buraxmışdılar: Bağçalar, bulaqlar,
Duxan/44:27 Və içində səfa sürdükləri neçə-neçə nemətlər...
Duxan/44:28 Beləcə hamısını başqa bir topluluğa miras buraxdıq.