Əraf - 7:162 Fəqət onlardan zalım olanlar, sözü, onlara söylənəndən başqası ilə dəyişdirdilər. Biz də zülm etmələrindən ötrü üzərlərinə göydən bir əzab göndərdik.
"Yalvarsınlar deyə onları qıtlıq və sıxıntılarla sınadıq.": Nümunə
Qaləm/68:17 Onları sınadıq; eyni bağça sahiblərini sınadığımız kimi. Səhər vaxtı dərib-toplayacaqlarına and içmişdilər.
Qaləm/68:19 Onlar yuxuda ikən Rəbbin tərəfindən göndərilən bir ziyarətçi (fırtına) bağçalarını ziyarət etdi.
Qaləm/68:22 "Dərib-toplayacaqsınızsa, haydı əkinlərinizə erkən gedin."
Qaləm/68:23 Elə bu vaxt yola çıxdılar, aralarında danışırdılar.
Qaləm/68:24 "Diqqətli olun, bu gün heç bir yoxsul oraya yanınıza girməsin."
Qaləm/68:26 Fəqət bağçanı görüncə, "Biz yolu çaşmışıq," dedilər.
Qaləm/68:28 Ortancıları (müttəqiləri), "Mən sizə demədimmi? Rəbbinizi ucaltmanız lazım deyildimi?" dedi.
Qaləm/68:29 Dedilər ki, "Rəbbimiz Ucadır, Biz zalımlar imişik."
Qaləm/68:30 Və dərhal bir-birlərini günahlandırmağa başladılar.
Qaləm/68:31 Dedilər ki, "Təəssüflər olsun bizə. Azğınmışıq."
Qaləm/68:32 "Bəlkə Rəbbimiz bizə daha yaxşısını verər. Biz ümidlə Rəbbimizə yönəlirik."
Qaləm/68:33 Bax əzab belədir. Axirət əzabı isə daha böyükdür. Bir bilsəydilər.

Tovbə/9:126 Hər il, bir-iki dəfə bəlalarla sınandıqlarını görmürlərmi? Buna rəğmən nə tövbə edirlər, nə də öyüd alırlar.

Rum/30:41 İnsanların əlləri ilə işlədikləri üzündən quruda və dənizdə fəlakətlər yayıldı. Beləcə, (pislikdən) dönərlər deyə etdiklərinin bir qismini onlara daddırır.

Ənam/6:42 Səndən öncəki cəmiyyətlərə də elçilər göndərdik. Yalvarsınlar deyə onları darlıq və sıxıntılarla sınadıq.
Ənam/6:43 Heç olmazsa başlarına müsibətimiz gəldiyində yalvarsaydılar! Fəqət qəlbləri qatılaşdı və şeytan işlərini özlərinə süslü göstərdi.

Əraf/7:94 Hər nə vaxt bir ölkəyə bir peyğəmbər göndərdiksə, yalvarsınlar deyə xalqını qıtlıq və sıxıntıya düçar etdik.

Muminun/23:76 Onları cəzaya məruz qoymamıza rəğmən Rəblərinə boyun əymədilər, yalvarmadılar.

Əraf/7:95 Sonra pisliyin yerinə yaxşılığı gətirdik. Ancaq anlayışlarını itirdilər: "Sıxıntı və rifah atalarımıza da toxunmuşdu," dedilər. Bundan sonra, xəbərləri olmadan onları qəflətən yaxaladıq.

Ya sin/36:17 "Bizim görəvimiz, açıq şəkildə bildirməkdən ibarətdir.
Ya sin/36:18 Dedilər ki, "Sizin üzünüzdən uğursuzluğa uğradıq. Əgər son qoymasanız, sizi daşqalaq edəcəyik və bizdən sizə ağrılı-acılı bir cəza toxunacaqdır."
Ya sin/36:19 Dedilər ki, "Uğursuzluğunuz sizin öz ucbatınızdandır. Sizə xəbərdarlıq edildiyinə görəmi? Siz gerçəkdən həddi aşan bir topluluqsunuz."

Nəml/27:47 Dedilər ki, "Sən və bərabərindəkilər bizə uğursuzluq gətirdiniz." Dedi ki, "Sizin uğursuzluğunuz Allahdan gəlməkdədir. Doğrusu siz sınağa çəkilən bir camaatsınız."

Əraf/7:130 Firon tərəfini, öyüd alsınlar deyə illərlə quraqlıq və məhsul qıtlığına məhkum etdik.
Əraf/7:131 Onlara bir yaxşılıq gəldiyi zaman, "Buna biz layiqik," deyərlər. Onlara bir pislik toxunduğu zaman isə Musa və bərabərindəkiləri uğursuzluqla suçlayardılar. Doğrusu, onların uğursuzluğu Allah tərəfindən qərarlaşdırılır. Ancaq çoxları bilməzlər.
Əraf/7:132 "Bizi sehrləmək üçün nə qədər möcüzə (ayə) gətirirsən gətir, biz sənə iman edəcək deyilik," dedilər.
Əraf/7:133 Üzərlərinə tufan, çəyirtkə, həşərat, qurbağa və qan kimi ayrı-ayrı işarətlər göndərdik. Buna rəğmən təkəbbür göstərməyə davam etdilər və günahkar bir topluluq oldular.
Əraf/7:134 Hər nə zaman başlarına bir müsibət gəlsə, "Ey Musa, sənə verdiyi sözə görə Rəbbinə yalvar. Bizi bu fəlakətlərdən qurtararsan sənə iman edər və İsrail oğullarını da səninlə bərabər yollayarıq," dedilər.
Əraf/7:136 Biz də onlardan öc (intiqam) aldıq. Ayələrimizi yalanlayıb əhəmiyyət vermədikləri üçün onları dənizdə boğduq.

Zumər/39:49 İnsana bir pislik toxunduğu zaman Bizi çağırar; ancaq ona bir nemət verdiyimiz zaman isə, "Bu, mənə bilgimə görə verilmişdir," deyər. Əslində o bir sınaqdır, halbuki çoxları bilməz.

Duxan/44:10 Göyün açıq-aşkar bir dumanı gətirəcəyi günü gözlə.
Duxan/44:11 İnsanların hər tərəfini saracaqdır; Bu, ağrılı-acılı bir əzabdır.
Duxan/44:12 "Rəbbimiz, bizdən bu əzabı qaldır, biz iman edirik."
Duxan/44:13 Mesaja əhəmiyyət vermədilər. Halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.
Duxan/44:14 Sonra ondan üz çevirdilər və "Təlim görmüş bir dəlidir!" dedilər.
Duxan/44:15 Biz əzabı bir azca qaldıracağıq; amma siz yenə dönəcəksiniz.
Duxan/44:16 Əsl o böyük yaxalama ilə  yaxaladığımızda öc (intiqam) alarıq.