Əraf - 7:166
Onlar qadağan edilənlərə riayət etməyincə, onlara: "Həqir meymunlar olun," dedik.
"Şənbə günü çalışmaq qadağası": Əlaqəli ayə
Bəqərə/2:65
Sizdən şənbə günü qadağasını pozanları əlbəttə bilirsiniz. Onlara, "Mənfur meymunlar olun," dedik.
Bəqərə/2:66
Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik.
Nisa/4:47
Kitablılar! Bəzi üzləri çevirib sürgünə göndərmədən və Şənbə Əhlini lənətlədiyimiz kimi lənətləmədən öncə, yanınızdakıları təsdiqləyici olaraq nazil etdiyimizə iman edin. Allahın əmri daim yerinə yetirilmişdir.
Nisa/4:154
Onlardan söz alarkən Sina Dağını üzərlərinə yüksəltdik. Onlara, "Qapıdan təvazökar olaraq daxil olun," - dedik. Onlara, "Şənbə gününün qadağasını pozmayın," - dedik; onlardan sağlam bir söz aldıq.
Əraf/7:163
Onlardan dəniz kənarındakı topluluq haqqında soruş. O vaxt şənbə günü işləmə qadağasını pozurdular. Şənbə gününə riayət etdikləri gün balıqları onlara axın-axın gəlirdi; ancaq şanbə gününə riayət etmədikləri gün onlara balıq gəlmirdi. Yoldan çıxdıqları üçün onları belə sınayırdıq.
Nəhl/16:124
Şənbə günü, sadəcə onda ayrılığa (ixtilafa) düşənlərə vacib edilmişdi. Rəbbin ayrılığa (ixtilafa) düşdükləri mövzuda Dirilmə günü aralarında hökm verəcəkdir.