Əraf - 7:196 "Bir tək Sahibim (Vəlim), kitabı nazil edən Allahdır. O, dürüst insanları qoruyar."
"Tək Sahibim (Vəlim), Allahdır": Əlaqəli
Bəqərə/2:107 Göylərin və yerin hökmranlığının Allaha aid olduğunu bilmirsənmi? Sizin Allahdan başqa Sahibiniz və Yardımçınız yoxdur.
Bəqərə/2:286 Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. Hər kəsin qazandığı yaxşılıq öz xeyrinə, qazandığı pislik isə öz zərərinədir. “Rəbbimiz, unudar yaxud yanılarıqsa bizi məsul tutma! Rəbbimiz, bizdən öncəkilərə yüklədiyin kimi bizə ağır öhdəliklər yükləmə! Rəbbimiz, gücümüzün çatmayacağı şeyləri bizə yüklətmə! Bizi xoş qarşıla, bizi bağışla və bizə rəhm et! Sənsən bizim Mövlamız (Sahibimiz və Hökmdarımız)! İnkar edən topluluqlara qarşı bizə yardım et!”

Ali İmran/3:150 Xeyr! Mövlanız (sahibiniz, dostunuz) Allahdır. O, yardım edənlərin ən yaxşısıdır.
Ali İmran/3:173 Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”

Nisa/4:132 Göylərdə və yerdə nə varsa, Allahındır. Qoruyucu olaraq Allah yetər.
Nisa/4:171 Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.

Maidə/5:28 "Məni öldürmək üçün əlini mənə uzadırsan, səni öldürmək üçün mən əlimi sənə uzatmayacağam. Mən, bütün yaradılmışların sahibi olan Allahdan qorxuram."

Ənam/6:62 Sonra gerçək Mövlaları olan Allaha döndərilirlər. Biləsiniz ki, hökm Onundur və O, ən tez haqq-hesab çəkəndir.
Ənam/6:70 Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
Ənam/6:127 Onlar Rəblərinin yanında barış (əmin - amanlıq) yurduna layiqdirlər. Etdikləri əməllərə görə onların sahibi Odur.

Əraf/7:155 Musa Bizim təyin etdiyimiz görüş vaxtı üçün xalqının arasından yetmiş kişi seçdi. Onları sarsıntı tutunca: "Rəbbim, istəsəydin məni və onları daha öncə məhv edərdin. İçimizdəki başıboşların (səfehlərin) etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, Sənin edəcəyin bir sınaq olmalıdır. İstədiyini onunla azdırar, istədiyini də onunla doğru yola yönəldərsən. Sahibimiz Sənsən; bizi bağışla, bizə acı. Sən ən yaxşı Bağışlayansan," dedi,
Əraf/7:196 "Bir tək Sahibim (Vəlim), kitabı nazil edən Allahdır. O, dürüst insanları qoruyar."

Ənfal/8:40 Dönərlərsə, bilin ki, Sahibiniz Allahdır. O, ən yaxşı Mövla (Hakim/Dost/Qoruyucu) və ən yaxşı Yardımçıdır.

Tovbə/9:51 De ki: "Allahın bizim üçün yazdığından başqası bizə toxunmaz. Odur bizim mövlamız, sahibimiz. İman edənlər, Allaha güvənsinlər."

Yunus/10:3 Göyləri və yeri altı gündə yaradan, sonra hökmranlığını quran Rəbbiniz (sahibiniz) Allahdır. Hər işi idarə edir. İzni olmadan heç kimsə vasitəçilik (şəfaət) edə bilməz. Rəbbiniz Allah budur. Ona qulluq edin. Öyüd almırsınız?
Yunus/10:30 Bax orada hər can, keçmişdə etmiş olduğunu görər. Gerçək mövlaları olan Allaha döndərilərlər. Uydurduqları (ortaqlar) isə onlardan uzaqlaşıb yox olar.

Yusuf/12:23 Evində olduğu qadın onu başdan çıxarmaq istədi, qapıları bağladı və: "Tamamilə sənə aidəm," dedi. Dedi ki: "Allaha sığınıram. O mənim rəbbimdir (ağamdır), (ona görə) ki mənə yaxşı bir yer verdi. Zalımlar uğur qazanmaz."
Yusuf/12:64 "Daha öncə qardaşı üçün sizə necə güvənmişdimsə, indi onun üçün də sizə güvənim eləmi? Allah ən yaxşı Qoruyucudur və O, Mərhəmətlilərin Mərhəmətlisidir."
Yusuf/12:101 "Rəbbim, Sən mənə hökmranlıq verdin və yuxuların yozumunu öyrətdin. Yeri və göyü ayıraraq yaradansan. Dünya və axirətdə Sənsən mənim Vəlim (Sahibim). Canımı müsəlman olaraq al və məni yaxşılara qat."

İsra/17:65 "Qullarıma gəlincə, sənin onlar üzərində heç bir gücün yoxdur." Qoruyucu olaraq Rəbbin yetər.

Ənbiya/21:56 Dedi ki, "Əslində sizin Rəbbiniz göylərin və yerin Rəbbidir; onları ayıraraq yaratmışdır. Mən buna şahidlik edənlərdənəm."

Həcc/22:78 Və Allah uğrunda lazımi cəhdi və fəaliyyəti göstərin. Odur sizi seçən. O, atanız İbrahimin yolu olan bu dini, sizin üçün çətin və ağır etmədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizi, daha öncə də, indi də "Müsəlmanlar=Təslim olanlar" olaraq adlandıran Odur. Namazı qoruyun, zəkatı verin və Allaha sarılın; Mövlanız (Sahibiniz) Odur. Nə gözəl Sahib və nə gözəl Yardımçıdır!

Ənkəbut/29:22 Onun önünə keçə bilməzsiniz, yerdə və göydə. Sizin Allahdan başqa Sahibiniz və Yardımçınız yoxdur.

Səcdə/32:4 Allah göyləri, yeri və aralarındakıları altı gündə yaradan və sonra bütün hökmranlığını qurandır. Sizin üçün Ondan ayrı bir vəli (sahib) və şəfaətçi (vasitəçi) yoxdur. Öyüddən anlamırsınız?

Əhzab/33:3 Və Allaha güvən. Qoruyucu olaraq Allah yetər.
Əhzab/33:48 İnkar edənlərə və ikiüzlülərə tabe olma, əziyyətlərinə əhəmiyyət vermə və Allaha güvən; qoruyucu olaraq Allah yetər.

Şura/42:6 Allahdan başqasını vəlilər seçənlərə Allah (Özü) nəzarət etməkdədir. Sən onların advokatı (vəkili) deyilsən.
Şura/42:9 Ondan başqa vəlilərmi (sahiblərmi) qəbul etdilər? Bir tək vəli Allahdır, ölüləri O dirildir və O hər şeyə Qadirdir.
Şura/42:31 Siz bunu əngəlləyə bilməzsiniz yer üzündə. Sizin üçün Allahdan başqa nə bir sahib, nə də bir yardımçı yoxdur.
Şura/42:53 Göylərdə və yerdə olan hər şeyin sahibi Allahın yoluna... Həqiqətən, bütün işlər Allaha dönər.

Muhəmməd/47:11 Çünki Allah iman edənlərin Qoruyucusudur. İnkar edənlərin isə bir qoruyucusu yoxdur.

Təhrim/66:2 Allah, andlarınızın halallaşdırmanın yolunu bildirmişdir. Mövlanız (sahibiniz) Allahdır. O Biləndir, Hikmət Sahibidir.
Təhrim/66:4 İkiniz Allaha tövbə etsəniz, qəlbiniz yönəlmiş olar. Ona (elçiyə) qarşı olaraq bir-birinizi dəstəkləsəniz, onun mövlası (qoruyucusu/sahibi) Allahdır; Cəbrail, iman edən müttəqilər və mələklər də onu dəstəkləyir.

Muzzəmmil/73:9 Məşriqin və məğribin Rəbbidir; Ondan başqa tanrı yoxdur. Özünə advokat (vəkil) olaraq Onu seç.