Əraf - 7:198 Onları hidayətə çağırsan, eşitməzlər. Onların sənə baxdığını görərsən; fəqət onlar görməzlər.
Allahdan başqa qəbul etdikləri tanrılar yardım edə bilməzlər:
Əraf/7:192 Bütlər, nə onlara yardım edə bilər, nə də özlərinə yardım edə bilərlər.
Əraf/7:193 Onları doğruya çağırsanız sizə uymazlar. Onları çağırsanız da, sussanız da, sizin üçün eynidir.
Əraf/7:148 Musanın xalqı özündən sonra, süs əşyalarından, böyürtüsü olan bir buzov heykəli düzəldib bütləşdirdilər. Onun, danışmaqdan və onlara yol göstərməkdən aciz olduğunu görmədilərmi? Onu mənimsəyərək zalımlardan oldular.

Yunus/10:18 Allahı buraxıb, özlərinə nə zərər, nə də fayda verə bilməyənlərə qulluq/xidmət edirlər və: "Bunlar, Allah yanında bizə şəfaət edəcəklər," deyirlər. De ki: "Allahın göylərdə və yerdə bilmədiyi şeylərimi Ona bildirirsiniz? O çox Ucadır, ortaq qoşduqlarınızdan uzaqdır."
Yunus/10:106 "Allahı buraxıb, sənə fayda və zərər verə bilməyənləri çağırma. Belə etsən o zaman zalımlardan olarsan."

Rad/13:16 De ki: "Rəbbi kimdir, göylərin və yerin?" De ki: "Allahdır!" De ki: "Ondan başqa, özlərinə belə fayda və zərər verə bilməyən kimsələri övliyalarmı seçdiniz?" De ki: "Heç korla görən eyni ola bilərmi, yaxud heç qaranlıqla işıq eyni ola bilərmi?" Yoxsa Allahın yaratdığı kimi yaradan ortaqlar tapdılar sonra da yaratmalarını bir-biriyləmi qarışdırdılar? De ki: "Allah hər şeyin Yaradıcısıdır. O Təkdir, Hökmdardır."

Ta ha/20:88 Onlar üçün, böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. "Bax sizin və Musanın tanrısı budur. Fəqət o (Musa) unutdu," dedilər.
Ta ha/20:89 Görmədilərmi ki, o, onlara nə cavab verə bilir, nə də onlara bir zərər və fayda toxundura bilir?
Ta ha/20:97 (Musa) dedi ki, "Rədd ol! Həyatın boyunca yaxına belə gəlmə. Sənə söz verilən bir an var ki, ondan qaça bilməyəcəksən. Qulluq/xidmət etdiyin tanrına bax, biz onu yandırıb dənizə sovuracağıq."

Ənbiya/21:58 Hamısını parça-parça etdi; ancaq bəlkə ona müraciət edərlər deyə ən böyüklərinə toxunmadı.
Ənbiya/21:59 "Hər kim tanrılarımıza bunu etdisə, gerçək bir zalımdır!" dedilər.
Ənbiya/21:60 "Onları dilinə dolayan bir cavan oğlan (olduğunu) eşitdik, ona İbrahim deyilirmiş" dedilər.
Ənbiya/21:61 "Onu camaatın hüzuruna çıxarın ki, şahid olsunlar," dedilər.
Ənbiya/21:62 "İbrahim, tanrılarımıza bunu sənmi etdin?" dedilər.
Ənbiya/21:63 "Xeyr, o işi bax bu böyükləri etdi. Onlardan soruşun, əgər danışa bilirlərsə!" dedi.
Ənbiya/21:64 Öz vicdanlarına dönüb, öz-özlərinə bunu söylədilər: "Gerçəkdən siz zalımlarsınız."
Ənbiya/21:65 Sonra təkrar köhnə fikirlərinə döndülər (və dedilər): "Bunların danışmadığını sən çox yaxşı bilirsən!"
Ənbiya/21:66 "Allahın yanında sizə heç bir faydası və zərəri toxunmayan şeylərəmi qulluq/xidmət edirsiniz?" dedi.
Ənbiya/21:67 "Vay olsun Sizə və Allahla yanaşı qulluq/xidmət etdiklərinizə. Ağlınızı istifadə etmirsiniz?"

Həcc/22:12 Allahdan ayrı olaraq, özünə fayda və zərər verə bilməyənlərə yalvarır. Azğınlığın ən son nöqtəsi budur!
Həcc/22:13 Zərəri faydasından daha yaxın olana yalvarır. Nə pis bir mövla və nə pis bir yoldaşdır!

Furqan/25:3 Buna rəğmən Onunla yanaşı, bir şey yarada bilməyən, özləri yaradılan, özlərinə belə fayda və zərər verə bilməyən, öldürə bilməyən, yaşada bilməyən və dirildə bilməyən bir neçə tanrılar qəbul etdilər.
Furqan/25:55 Allahla yanaşı özlərinə nə fayda və nə də zərər verə bilməyənlərə də qulluq edirlər. İnkar edən kimsə Rəbbinə qarşı çıxandır.

Ya sin/36:74 Allahdan başqa tanrılar qəbul etdilər. Bəlkə onlara yardım edərlər deyə.
Ya sin/36:75 Halbuki onlara yardım edə bilməzlər; hətta tam əksinə özləri onları qorumaq üçün növbə ilə gözləyən əsgərlərdir.

Saffat/37:37 Həqiqətən, o, gerçəyi gətirmiş və elçiləri təsdiqləmişdir.
Saffat/37:91 Sonra, tanrılarına yönəldi və "Yeyə bilmirsiniz?" dedi.
Saffat/37:95 Dedi ki, "Yonub düzəltdiyiniz şeylərəmi qulluq/xidmət edirsiniz?"
Saffat/37:96 "Allah, sizi də və düzəltdiyiniz şeyləri də yaradandır."
Saffat/37:97 Dedilər ki, "Onun üçün bir yapı qurun və onu atəşə atın."
Saffat/37:98 Onun üçün bir plan düşündülər, fəqət Biz onları alçaltdıq (məğlub etdik).

Sad/38:4 Onlara, özlərindən bir xəbərdarlıq edənin gəlməsinə yadırğadılar. İnkar edənlər, "Bu çox yalançı bir sehrbazdır," dedilər,
Sad/38:5 "Tanrıları tək tanrımı yaratdı? Bu, gerçəkdən çox qəribədir!"
Sad/38:6 Onların liderləri önə çıxdılar, "Gedin, tanrılarınıza bağlı qalın. Sizdən istənilən sadəcə budur."

Ənam/6:71 De ki: "Allahdan başqa, bizə fayda və zərər verə bilməyənlərəmi yalvaraq? Allah bizi doğru yola yetişdirdikdən sonra dabanlarımız üzərində geriyəmi dönək? Şeytanların aldadıb yer üzündə çaşdırdığı və dostlarının, 'Gəl, bizimlə birlikdə doğru yola gəl' deyə çağırdıqları çaşqın bir kimsə kimi olaq?" De ki: "Gerçək yol göstərmə Allahın yol göstərməsidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edildi."

Maidə/5:76 De: "Allahdan başqa, sizə zərər və fayda verə bilməyənlərəmi qulluq/xidmət edirsiniz? Allah Eşidir, Bilir."