Əraf - 7:201 Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.
"Şeytandan qaranlıq təklif (vəsvəsə) gəlsə dərhal görərlər": Məqsəd nədir?
Yusuf/12:32 (Qadın:) "Bax siz məni bunun üçün günahlandırmışdınız. Onu başdan çıxarmaq istədim, ancaq (iffətini) qoruyub məni rədd etdi. Ona əmr etdiyimi etməzsə həbsxanaya atılacaq və alçaldılacaqdır," dedi.
Yusuf/12:33 (Yusuf:) "Rəbbim, həbsxana, onların məni çağırdığı şeydən daha yaxşıdır. Planlarını məndən dəf etməsən, onlara meyl edib cahillərdən olaram," dedi.

Ali İmran/3:135 O kəslər ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı xatırlayar və günahları üçün bağışlanma diləyərlər, – Onsuzda Allahdan başqa kim günahları bağışlaya bilər ki? – və onlar bilə-bilə günah işləməyə davam etməz.