Əraf - 7:31 Adəm oğulları, Məscidlərə gedərkən süslənin. Yeyin-için; ancaq acgözlük və israfçılıq etməyin. O, acgözləri və israf edənləri sevməz.
İsrafçılıq etməyin:
Furqan/25:67 Onlar verərkən israfçılıq və xəsislik etməz, ikisi arasında yerli-yerində xərcləyərlər.

İsra/17:26 Əqrəbalara haqlarını ver. Ehtiyac sahiblərinə və yolçuya da (yolda qalmışa da)... Ancaq israf etmə.
İsra/17:27 Şübhəsiz, israf edənlər şeytanların dostlarıdır. Və şeytan Rəbbinə qarşı nankordur.

Əraf/7:31 Adəm oğulları, Məscidlərə gedərkən süslənin. Yeyin-için; ancaq acgözlük və israfçılıq etməyin. O, acgözləri və israf edənləri sevməz.

Ənam/6:141 Odur yaradan, çardaqlı və çardaqsız bağçaları, məhsulları müxtəlif olan xurmaları, əkinləri, zeytunları və narları bənzər və ya fərqli. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin və haqqını da yığım günündə verin. İsrafçılıq etməyin; O, israfçılıq edənləri sevməz.