Əraf - 7:54
Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!
Ulduzları yaratdı:
Ənam/6:97
Qurunun və dənizin qaranlıqlarında yollarınızı tapa biləsiniz deyə sizin üçün ulduzları yaradan Odur. Bilən bir camaat üçün ayələri detallı olaraq açıqlamışıq.
Əraf/7:54
Rəbbiniz Allah, göyləri və yeri altı gündə yaradan və sonra hökmranlığını qurandır. Gecəni, onu durmadan sürətlə təqib edən gündüzə bürüyüb örtər. Günəş, ay və ulduzlar onun hökmünə (əmrinə) boyun əymişdir. Yaratmaq da, yönətmək də Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də Uludur!
Nəhl/16:12
Gecəni, gündüzü, günəşi və ayı xidmətinizə sundu. Ulduzlar da Onun əmri altındadır. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.
Nəhl/16:16
Və gözə dəyən işarətlər... Ulduzlarla da yol tapırlar.
Həcc/22:18
Göylərdə və yerdə olan kimsələrin, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanlardan bəzisinin Allaha səcdə etdiklərini (boyun əydiklərini) görmürsənmi? Bir çoxu da əzaba layiq görülmüşdür. Allahın alçaltdığını kimsə şərəfli edə bilməz. Allah istədiyini edər.
Furqan/25:61
Göy üçün bürclər yaradan və ona bir lampa və parlayan bir ay yerləşdirən çox ucadır.
Nəcm/53:1
Düşərkən ulduzlara and olsun.
Rahmən/55:6
Ulduzlar və ağaclar səcdə etməkdədirlər.
Vaqiə/56:75
Ulduzların yerlərinə and içirəm.
Mursəlat/77:8
Ulduzlar söndürüldüyü,
Təkvir/81:2
Ulduzlar sönüb düşdüyü zaman,
İnfitar/82:2
Planetlər səpələndiyi zaman,
Təkvir/81:15
And olsun gizlənən ulduzlara,
Təkvir/81:16
Axıb dəliklərinə girənlərə.
Tariq/86:1
Göyə və Tariqə and olsun.
Tariq/86:2
Tariqin nə olduğunu bilirsənmi?
Tariq/86:3
Parlaq ulduzdur.
Nəcm/53:49
Odur Şira qalaktikasının Rəbbi.
Buruc/85:1
And olsun qalaktikalar sahibi göyə.
Hicr/15:16
Göydə qalaktikalar yerləşdirdik və seyr edənlər üçün onları süslədik.
Mulk/67:5
Ən aşağı göyü qəndillərlə süslədik və onları şeytanlar üçün bir daşlama etdik. Onlara alovlu atəş əzabını hazırladıq.
Nuh/71:16
Ayı bunların içində bir nur, günəşi də bir lampa etdi.