Əraf - 7:69
"Sizi xəbərdar etmək məqsədilə Rəbbinizdən bir mesajın aranızdan bir adama gəlməsinəmi təəccübləndiniz? Nuhun xalqından sonra sizi varislər etdiyini və xilqətcə sizi onlardan güclü etdiyini xatırlayın. Uğur qazanmanız üçün Allahın nemətlərini düşünün."
Öz aralarından bir adama mesajın nazil olmasına nə üçün təəccüb etdilər?
Təğabun/64:5
Daha öncə inkar edib və etdiklərinin qarşılığını dadanların xəbəri sizə yetişmədimi? Onlara ağrılı-acılı bir əzab vardır.
Təğabun/64:6
Çünki, elçiləri onlara açıq-aşkar dəlillərlə gedirlər və onlar isə, "Bizə doğru yolu bir insanmı göstərəcək?" deyirdilər. Beləcə inkar edib üz çevirirdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah Zəngindir, Təriflənəndir.
Hud/11:25
Nuhu xalqına göndərmişdik: "Mən, sizin üçün açıq-aşkar xəbərdarlıq edən biriyəm."
Hud/11:26
"Allahdan başqasına qulluq etməyin! Ağrılı-acılı bir günün əzabına uğramanızdan qorxuram."
Hud/11:27
Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
İsra/17:94
Onlara hidayət gəldiyində, insanlar: "Allah bir insanımı elçi olaraq göndərdi?" deyərək iman etmədilər.
Muminun/23:45
Sonra Biz, Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir səlahiyyətlə göndərdik.
Muminun/23:46
Firon və öncü dəstəsinə... Ancaq onlar təkəbbür göstərdilər. Onlar həddini bilməz (utanmaz) bir topluluq olmuşdu.
Muminun/23:47
"O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.
Şuəra/26:141
Səmud (xalqı) da elçiləri yalanladı.
Şuəra/26:142
Qardaşları Saleh onlara demişdi ki, "Müttəqi olmayacaqsınız?"
Şuəra/26:143
"Mən sizə göndərilmiş güvənilir bir elçiyəm."
Şuəra/26:144
"Allahı dinləyib mənə tabe olmalısınız."
Şuəra/26:145
"Buna qarşılıq sizdən bir ücrət də istəmirəm. Mənim ücrətimi ancaq aləmlərin Rəbbi ödəyər."
Şuəra/26:146
"Burada güvənlik içindəmi buraxılacaqsınız?"
Şuəra/26:147
"Bağçalar, bulaqlar,"
Şuəra/26:148
"Əkinlər və yetişmiş meyvəli xurmalıqlar içindəsiniz."
Şuəra/26:149
"Və dağlardan dəbdəbəli köşklər yontursunuz."
Şuəra/26:150
"Allahı dinləyib mənim ardımca gəlməlisiniz."
Şuəra/26:151
"Həddi aşanların əmrinə tabe olmayın."
Şuəra/26:152
"Onlar yer üzündə yaxşılıq deyil, pislik işləyərlər."
Şuəra/26:153
Dedilər ki, "Sən ovsunlanmışsan."
Şuəra/26:154
"Sən bizim kimi bir insansan. Doğru sözlüsənsə, bizə bir möcüzə gətir görək."
Şuəra/26:176
Əykə xalqı da elçiləri yalanladı.
Şuəra/26:177
Qardaşları Şueyb onlara demişdi ki, "Müttəqi olmayacaqsınız?"
Şuəra/26:178
"Mən sizə göndərilmiş güvənilir bir elçiyəm."
Şuəra/26:179
"Allahı dinləyin və mənim ardımca gəlin!"
Şuəra/26:180
"Buna qarşı sizdən hər hansısa bir ücrət də istəmirəm. Mənim ücrətim ancaq aləmlərin Rəbbinə aiddir."
Şuəra/26:181
"Ölçüyə tam riayət edin. Aldadanlardan olmayın."
Şuəra/26:182
"Doğru tərəzi ilə çəkin."
Şuəra/26:183
"İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."
Şuəra/26:184
"Sizi və öncəki nəsilləri Yaradanı saya salıb dinləyin."
Şuəra/26:185
Dedilər ki, "Sən ovsunlanmışsan."
Şuəra/26:186
"Sən sadəcə bizim kimi bir insansan və biz sənin yalan söylədiyinə inanırıq."
Şuəra/26:187
"Doğru sözlüsənsə, göydən üzərimizə kütlələr endir."
Ya sin/36:13
Onlara, bir şəhər camaatının onlara gələn elçilərə göstərdiyi rəftarın örnəyini ver.
Ya sin/36:14
Onlara iki elçi göndərmişdik, ikisini də yalanladılar. Bunun üzərinə üçüncü biri ilə dəstəkləmişdik. "Biz sizə göndərilən elçilərik," demişdilər.
Ya sin/36:15
Dedilər ki, "Siz də bizim kimi insandan başqa bir şey deyilsiniz. Rəhman isə heç bir şey nazil etməmişdir. Siz yalan söyləyirsiniz."
Ənam/6:91
"Allah heç bir insana bir şey nazil etməz," deməklə Allahı layiqincə qiymətləndirmədilər. De ki: "İnsanlara bir hidayət və işıq olaraq Musanın gətirdiyi kitabı kim nazil etdi - ki göstərmək üçün onu kağızlara yazdığınız halda çoxunu gizləyirdiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri onun vasitəsiylə öyrəndiniz-?" De, "Allah!" və onları öz azğınlıqlarında burax, oynayıb-əylənsinlər.
Ənbiya/21:2
Hər nə vaxt Rəblərindən onlara yeni bir mesaj (zikr) gəlsə, onu ciddiyə almadan dinləyərlər.
Ənbiya/21:3
Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"
Muminun/23:23
Nuhu xalqına göndərmişdik və demişdi: "Xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Müttəqi olmayacaqsınız?"
Muminun/23:24
Xalqının öncü inkarçıları, "Bu, sizin kimi bir insandan başqa bir şey deyildir. Üzərinizə hakim olmaq istəyir. Allah istəsəydi bir mələk endirərdi. İlk atalarımızdan belə bir şey eşitmədik."
Muminun/23:25
"O, sadəcə dəli bir adamdır. Hələ bir müddətə qədər onu gözləyin."
Muminun/23:32
Onlara, (öz) aralarından bir elçi göndərdik: "Allaha qulluq edin, sizin Ondan başqa bir tanrınız yoxdur. Hörmət qoyub, müttəqi davranmayacaqsınız?"
Muminun/23:33
Dünya həyatında onlara həddindən artıq nemətlər bağışlamamıza rəğmən, axirət qarşılaşmasını yalanlayıb inkar edən, xalqının öncüləri belə dedilər: "Bu, yalnızca sizin kimi bir insandır. Sizin yediyinizdən yeyir, sizin içdiyinizdən içir."
Muminun/23:34
"Sizin kimi bir insana tabe olsanız, siz o zaman gerçəkdən ziyana uğrayarsınız."
Qamər/54:18
Ad (qövmü) də yalanladı. Cəzalandırmağım və xəbərdarlıqlarım necə imiş!
Qamər/54:19
Uğursuzluq üstünə uğursuzluğa sahib bir gündə üzərlərinə vəhşi bir ruzgar göndərdik.
Qamər/54:20
İnsanları, sanki köklərindən qopardılmış xurma kötükləri kimi yıxırdı.
Qamər/54:21
Cəzalandırmağım və xəbərdarlıqlarım necə imiş!
Qamər/54:22
Quranı mesaj üçün asanlaşdırdıq; Öyüd alan yoxdur?
Qamər/54:23
Səmud (qövmü) də xəbərdarlıqları yalanladı.
Qamər/54:24
Dedilər ki, "Bizdən olan bir insanamı tabe olaq? O zaman biz yoldan çıxar və cəhənnəmə girərik."
Qamər/54:25
"Mesaj aramızdan onamı verildi? O, həddini bilməz yalançının biridir."