Əraf - 7:69 "Sizi xəbərdar etmək məqsədilə Rəbbinizdən bir mesajın aranızdan bir adama gəlməsinəmi təəccübləndiniz? Nuhun xalqından sonra sizi varislər etdiyini və xilqətcə sizi onlardan güclü etdiyini xatırlayın. Uğur qazanmanız üçün Allahın nemətlərini düşünün."
Uğur qazanmaq üçün:
Ali İmran/3:104 İçərinizdə, yaxşılığa çağıran, sağlam düşüncəni öyüd-nəsihət edən və pislikdən çəkindirən bir topluluq olsun. Bunlar uğur qazananlardır.
Ali İmran/3:130 Ey iman edənlər! Faizi (sələmi, ribanı) qatbəqat artırılmış olaraq yeməyin. Müvəffəqiyyətə nail olmaq üçün Allahı dinləyin.
Ali İmran/3:200 Ey iman edənlər! Uğur qazanmaq üçün çətinliklərə qarşı tək-tək müqavimət göstərin, toplu halda müqavimət göstərin, birlik (halında) olun və Allahı dinləyin.

Maidə/5:35 Ey iman edənlər! Allahı dinləyin, Ona yetişmək üçün yol axtarın və Onun yolunda cihad edin ki, müvəffəqiyyətə nail olasınız.
Maidə/5:100 De: "Pis ilə yaxşı eyni olmaz; pisin çoxluğu diqqətini çəksə belə... Ağıl sahibləri, uğur qazanmaq istəyirsinizsə (sayınız aşağı düşsə belə) Allahı dinləyin."

Əraf/7:157 Həqiqətən onlar (vaxtı gəlincə) yanlarındakı Tövrat və İncildə yazılı gördükləri o elçini, o ümmi (Tövrat və İncil oxumamış) peyğəmbəri izləyərlər. (O Peyğəmbər) onlara yaxşılığı əmr edər və onları pislikdən çəkindirər; onlara gözəl şeyləri halal, pis şeyləri də haram edər; üzərlərindəki ağırlıqları və onların buxovlarını qaldırıb atar. Ona iman edənlər, ona ehtiram edənlər, ona yardım edənlər, onunla birlikdə nazil edilən nuru izləyənlər uğur qazananlardır.

Ənfal/8:45 Ey iman edənlər, bir ordu ilə qarşılaşdığınız zaman dayanın və Allahı daha çox xatırlayın ki, uğur qazanasınız.

Həcc/22:77 Ey iman edənlər! Əyilin, səcdə edin, Rəbbinizə qulluq edin və yaxşılıq işləyin ki, müvəffəq olasınız.

Nur/24:31 İman edən qadınlara da söylə, gözlərini çəkindirsinlər, iffətlərini qorusunlar və açıqda olmalı olan yerləri xaric, cazibəli yerlərini göstərməsinlər. Örtüklərini sinələrinin üzərinə bağlasınlar. Vücudlarının cazibəli yerlərini kimsəyə göstərməsinlər; ancaq ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğullar, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, digər qadınlar, cinsi ehtirasa sahib olmayan kişi xidmətçilər və işçilər və qadınların cinsi yönlərini hələ anlamayan uşaqlar xaric. Gizlədikləri cazibəli yerlərini sərgiləmək/bildirmək üçün ayaqlarını yerə vurmasınlar. Ey iman edənlər, hamınız birlikdə Allaha yönəlin ki, müvəffəq olasınız.

Qasas/28:67 Kim tövbə edər, iman edər və müttəqi davranarsa, məhz o zaman uğur qazana bilər.

Rum/30:38 Elə isə yaxınlığı olanlara haqlarını ver, yoxsula və yolçuya da... Allahın rizasını diləyənlər üçün bu daha yaxşıdır; onlar uğur qazananlardır.

Təğabun/64:16 Gücünüz yetdiyi qədər Allahı saya salıb hörmət edin. Dinləyin, itaət edin və öz xeyriniz üçün yardım edin. Nəfsinin xudbinlik və xəsisliyindən qorunanlar uğur qazananlardır.