Əraf - 7:86
"Allahın yolunu əyri göstərmək və iman edənləri təhdid edib ondan çevirmək üçün hər yolun başında oturmayın. Say baxımından az olduğunuz halda sizi necə çoxaltdığını düşünün. Fəsad törədənlərin sonunun necə olduğuna bir baxın."
Məqsəd; Fəsadçılara, təcavüzkarlara qarşı dura bilmək üçün məzlum xalqın savaşçılarının çoxaldılmasıdır:
Ənfal/8:26
Sayca az olduğunuz, yer üzündə əzilib xor baxıldığınız və insanların sizi ələ keçirib qaçıracaqlarından qorxduğunuz zamanları xatırlayın. O sizi sığınacaqla təmin etdi, sizi yardımı ilə dəstəklədi və gözəl şeylərdən sizə ruzilər verdi ki, şükür edəsiniz.
İsra/17:6
"Sonra onlara qalib gəlmək imkanını sizə verəcəyik, sizi mal və soy ilə dəstəkləyərək savaşçılarınızı çoxaldacağıq."