Əraf - 7:96 Ölkələrin xalqları iman edib müttəqi davransaydılar, göylərdən və yerdən üzərlərinə bolluq qapısını açardıq. Amma yalanladılar və bundan sonra qazandıqları ilə birlikdə onları yaxaladıq.
Ölkələrin əhalisi iman edib müttəqi davransaydılar (yaxşı və xeyir işlər görsəydilər):
Əraf/7:96 Ölkələrin xalqları iman edib müttəqi davransaydılar, göylərdən və yerdən üzərlərinə bolluq qapısını açardıq. Amma yalanladılar və bundan sonra qazandıqları ilə birlikdə onları yaxaladıq.

Zuxruf/43:33 Bütün insanlar (inkarçılıqda) vahid bir cəmiyyət olmasaydı, Rəhmanı inkar edənlərin evini gümüş tavanlar və çıxıb qalxacaqları nərdivanlarla təchiz edərdik.

Saffat/37:141 Qarşı çıxdı və yanlış qərar verənlərdən oldu.
Saffat/37:143 (Tanrını) xatırlayıb düşünməsəydi,
Saffat/37:144 Dirilmə Gününə qədər onun qarnında qalacaqdı.
Saffat/37:145 Onu çöl kimi bir sahilə atdıq, yorğun və halsız...
Saffat/37:146 Və onun üçün orada geniş yarpaqlı ağac yetişdirdik.
Saffat/37:147 Biz onu yüz min və ya daha çox adama göndərdik.
Saffat/37:148 İman etdilər, Biz də onları bir müddətə qədər dolandırdıq (gün-güzəran verdik).

Qasas/28:59 Rəbbin, cəmiyyətlərin mərkəzinə, onlara ayələrimizi oxuyan bir elçi göndərmədikcə onları məhv etməz. Biz, xalqı zalım olmayan cəmiyyətləri əsla məhv etmərik.

Hud/11:117 Xalqı müttəqi davrandığı müddətcə, Rəbbin məmləkətləri məhv edəcək deyildir.

Nəhl/16:112 Allah güvən içində uğur qazanmış bir topluluğu örnək olaraq verir: O topluluğun ruzisi onlara hər tərəfdən bol miqdarda yetişirdi. Ancaq daha sonra, Allahın nemətlərinə qarşı nankor davranınca Allah onlara aclıq və qorxu bəlasını daddırdı.

Nisa/4:147 Siz şükür edib və iman etsəniz, Allah sizi nə üçün cəzalandırsın ki? Allah Qarşılıq Verəndir, Güclüdür.