Əraf - 7:98 Ölkələrin xalqları, əzabımızın gündüz vaxtı onlar əyləndikləri vaxt onlara gəlməyəcəyindən əminmi oldular?
Məqsəd nədir?
Ənam/6:91 "Allah heç bir insana bir şey nazil etməz," deməklə Allahı layiqincə qiymətləndirmədilər. De ki: "İnsanlara bir hidayət və işıq olaraq Musanın gətirdiyi kitabı kim nazil etdi - ki göstərmək üçün onu kağızlara yazdığınız halda çoxunu gizləyirdiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri onun vasitəsiylə öyrəndiniz-?" De, "Allah!" və onları öz azğınlıqlarında burax, oynayıb-əylənsinlər.
Ənam/6:70 Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.

Hicr/15:3 Burax onları, yesinlər, əylənsinlər və ümidləriylə başlarını qatsınlar; mütləq öyrənəcəklər.

Nəhl/16:117 Bu, qısa müddətli bir faydalanmadır. Onlar ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.

Zuxruf/43:82 Göylərin və yerin Rəbbi, Hökmranlığın Rəbbi, onların vəsflərindən çox Ucadır.
Zuxruf/43:83 Burax onları, onlara söz verilən günlərinə qovuşuncaya qədər dalsınlar və oynasınlar.

Hədid/57:20 Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.

Məaric/70:42 Burax onları, onlara söz verilən gün ilə qarşı-qarşıya gəlincəyə qədər dalsınlar, oynayıb-əylənsinlər.

İbrahim/14:30 Allahın yolundan azdırmaq üçün Ona ortaqlar qoşdular. De ki: "Bir az əylənin, son yolçuluğunuz atəşə olacaqdır."