Əbəsə - 80:24 İnsan, yeyəcəyinə bir baxsın!
80: 24, 25....32 ilə əlaqəli:
Naziat/79:27 Sizmi, yoxsa göymü yaradılış baxımından daha çətindir? Onu O yaratdı.
Naziat/79:29 Gecəsini qaraltdı, səhərini isə ortaya çıxardı.
Naziat/79:33 Bütün bunlar sizin və heyvanlarınızın dolanışığı üçündür.

Maidə/5:96 Dəniz heyvanlarını ovlamaq və onları yemək sizə halal edildi. Sizə və yolçulara (səfərdə olanlara) dolanacaq vasitəsi olsun deyə... İhramda olduğunuz müddətcə quruda ov etmək sizə qadağan edildi. Hüzuruna toplanacağınız Allahı dinləyin.

Yunus/10:24 Dünya həyatı, eyni bu örnək kimidir; göydən endirdiyimiz su insanların və heyvanların yediyi bitkilərin quruluşuna qarışar. Bu durum, yer üzünün süslənib bəzəndiyi və xalqının da artıq təbiətə hakim olduqlarını sandıqları ana (vaxta) qədər sürər. Nəhayət gecə vaxtı və ya gündüz vaxtı ona əmrimiz gəlir. Sanki bir öncəki gün heç bir şeyə sahib deyilmiş kimi onu kökündən biçilmiş bir duruma salarıq. Düşünən bir camaat üçün ayələri bu cür açıqlayırıq.

Furqan/25:49 (Ona görə) ki, onunla ölü bir ölkəni dirildək və yaratdığımız neçə-neçə kənd təsərrüfatı heyvanlarını və insanları onunla sulayaq.

Səcdə/32:27 Verimsiz torpağa suyu göndərərək onların və kənd təsərrüfatı heyvanlarının yediyi əkinləri bitirdiyimizi qavramırlarmı? Görmürlərmi?