Təkvir - 81:29 Nə istəsəniz, ancaq aləmlərin Rəbbi olan Allahın istədiyinə görədir.
Nə istəyərsəniz, Allahın istədiyinə görədir: Əlaqəli
Bəqərə/2:102 Süleymanın hökmranlığı haqqında şeytanların anlatdığına tabe oldular. Halbuki Süleyman inkar etmədi; insanlara sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı öyrədən şeytanlar inkar etmişdi. Bu ikisi: “Bu bir sınaqdır, (bu biliyi pislik etmək üçün istifadə edib) nankor olmayın!”– deməmiş kimsəyə onu öyrətməzdilər. Fəqət o ikisindən öyrəndiklərini, ər ilə arvadı bir-birindən ayırmaq üçün istifadə etdilər. Halbuki Allahın izni olmadan onlar heç kimsəyə bir zərər verə bilməzdi. Özlərinə fayda verəni deyil, zərər verəni öyrənirdilər. Üstəlik, ona müştəri olanların axirətdə bir payının olmadığını da yaxşı bilirdilər. Qarşılığında şəxsiyyətlərini satdıqları şey necədə pisdir. Bir bilsəydilər!

Kəhf/18:23 Heç bir şey üçün: "Bunu sabah edəcəyəm!" demə!
Kəhf/18:24 Ancaq: "Allah istəyərsə (edəcəyəm)," deyərək Rəbbini xatırla. Unudarsansa, o zaman da, "Bəlkə Rəbbim növbəti dəfə məni daha yaxşıya yetişdirər," de.

İnsan/76:30 Allah istəmədikcə, siz istəyə bilməzsiniz. Allah Biləndir, Hikmət Sahibidir.

Ənam/6:107 Allah istəsəydi, ortaq qoşmazdılar. Səni onların üzərinə gözətçi qoymadıq. Onların vəkili də deyilsən.
Ənam/6:137 Beləcə, onların (Tanrı adından hökm verən) ortaqları, övladlarını öldürməyi belə müşriklərin (ortaq qoşanların) çoxuna yaxşı bir şeymiş kimi göstərdilər. Beləcə onları məhv etdilər və dinlərini qarışdırıb pozdular. Allah istəsəydi bunu edə bilməzdilər. Onlardan və uydurduqları şeylərdən uzaq dur.