İnfitar - 82:11
Onlar şərəfli qeyd edənlərdir (yazanlardır).
"Allahın əmri ilə insanın həm önündə, həm də arxasında daim onunla birlikdə olub onu qoruyanlar vardır.": Məqsəd nədir?
İnfitar/82:10
Halbuki üstünüzdə qoruyucular vardır.
İnfitar/82:11
Onlar şərəfli qeyd edənlərdir (yazanlardır).
İnfitar/82:12
Etdiklərinizi bilirlər.
Qaf/50:16
İnsanı Biz yaratdıq və onun öz-özünə nəyi pıçıldadığını yaxşı bilirik. Biz ona şah damarından daha yaxınıq.
Qaf/50:17
Sağında və solunda iki alıcı mələk oturub qeyd etməkdədirlər (yazmaqdadırlar).
Qaf/50:18
Yanında gözətçi şahidlər olmadan ağzından bir söz çıxmaz.
Tariq/86:4
Hər kəsin üzərində mütləq bir qoruyucu vardır.
Rad/13:11
(Onların hər biri üçün) önündən və ardından nöbələşərək izləyənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Bir topluluq özünü dəyişdirmədikcə Allah onların durumunu dəyişdirməz. Allah bir topluluq üçün fənalıq istədisə, heç bir güc onu durdura bilməz; onların Ondan başqa bir qoruyub müdafiə edənləri də olmaz.