Mutaffifin - 83:33
Halbuki onların üzərinə nəzarətçi olaraq göndərilməmişdilər.
İnkar edənlər iman edənlərə necə istehza etdilər?
Şuəra/26:111
Dedilər ki, "Sənə tabe olanlar adi və pis kimsələr ikən, necə ola bilər ki, sənə iman edək?"
Ali İmran/3:186
Paranızla (pulunuzla), canlarınızla sınanacaqsınız. Sizdən öncə Kitab verilənlərdən və ortaq qoşanlardan çox həqarətlər eşidəcəksiniz. Müqavimət göstərib və müttəqi bir həyat sürərsəniz, böyük iş etmiş olarsınız.
Hud/11:27
Xalqının inkar edən öncüləri, "Səni sadəcə bizim kimi bir insan olduğunu görürük və aramızdakı dayaz düşüncəli adi insanlardan başqa kimsənin sənə tabe olmadığını görürük. Sizin bizdən hər hansısa bir üstünlüyünüzü də görmürük. Əksinə, biz sizin yalançı olduğunuzu sanırıq," dedilər.
Bəqərə/2:13
Onlara, "Bu insanların iman etdiyi kimi iman edin," deyildiyində, "Beyinsizlərin iman etdiyi kimimi iman edəcəyik?” deyərlər. Gerçək beyinsizlər onlardır, fəqət bilməzlər.
Bəqərə/2:14
İman edənlərlə qarşılaşdıqları vaxt, "İman edirik," deyərlər; fəqət şeytanlarıyla baş-başa qaldıqlarında, "Sizinlə bərabərik. Biz sadəcə istehza etməkdəyik," deyərlər.
Bəqərə/2:212
kafirlər üçün Dünya həyatı cəlbedicidir. Buna görə iman edənləri məsxərəyə qoyarlar. Halbuki müttəqilər Dirilmə Günü onlardan üstün olacaqdır. Allah istədiyinə hesabsız şəkildə nemətlər bəxş edər.
Maidə/5:58
Namaza çağırdığınızda onu məsxərəyə qoyub əyləndilər. Düşünməyən bir camaatdır onlar.
Tovbə/9:79
Könüllü olaraq yardım edən iman edənlərin comərdliklərini tənqid ednlər və eyni zamanda çox (bir şey) verə bilməyən yoxsullarla da istehza edənlər ki var, Allah onları alçaldır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Hud/11:38
Gəmini düzəldərkən, xalqının öncüləri hər yanından keçdikdə onu məsxərəyə qoyurdular. Dedi ki: "Bizi məsxərəyə qoyursunuzsa, sizin bizi məsxərəyə qoyduğunuz kimi, biz də sizi məsxərəyə qoyuruq."
Muminun/23:109
"Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."
Muminun/23:110
"Siz isə onları məsxərəyə qoyurdunuz və onlar üzündən Məni xatırlamağı unutdunuz. Onlara gülürdünüz."
Qasas/28:38
Firon: "Ey əyanlar, mən sizin üçün məndən daha yaxşı bir tanrı tanımıram. Haman, Mənim üçün palçığın üzərində atəş qalayaraq kərpic hazırla və Musanın Tanrısına yetişə bilməyim üçün bir qüllə düzəlt. Mən onun yalançı olduğuna inanıram," dedi.
Nəcm/53:59
Bu Sözü qəribə qarşılayırsınız?
Nəcm/53:60
Gülürsünüz, heç də ağlamırsınız?
Nəcm/53:61
Və avara-avara vaxt keçirirsiniz?
Mutaffifin/83:29
Günahkarlar iman edənlərə gülərdilər.
Mutaffifin/83:30
Yanlarından keçdikləri zaman da bir-birlərinə qaş-göz edib aşağılayırdılar.
Mutaffifin/83:31
Tərəfdarlarının yanına döndükləri zaman da məsxərəyə qoyurdular.
Mutaffifin/83:32
Onları gördüklərində, "Bunlar yoldan çıxmışlardır!" deyərdilər.
Mutaffifin/83:33
Halbuki onların üzərinə nəzarətçi olaraq göndərilməmişdilər.
Nisa/4:46
Yəhudilərin bir qismi kəlmələrin mənasını dəyişdirir və "eşitdik ancaq qəbul etmirik", və ya "sözünüz kar qulağa girir" və ya dini məsxərəyə qoymaq üçün dillərini əyib-bükərək, "Raina (çobanımız ol)" deyərlər. Onlar, "Eşitdik və itaət etdik", "Dinləyirik" və "Bizə nəzər sal", desəydilər özləri üçün daha yaxşı və daha doğru olardı. Lakin Allah inkarlarına görə onları lənətləmişdir. Çoxları iman etməz.