Əla - 87:10
Hörmət edənlər öyüd alacaqdır.
İman edənlər ayələri eşidincə təslim olurlar:
Ali İmran/3:193
Rəbbimiz, biz, “Rəbbinizə iman edin!”– deyə imana çağıran bir dəvətçini eşitdik və iman etdik. Rəbbimiz! Günahlarımızı bağışla, pisliklərimizi ört və yaxşı kimsələr olaraq canımızı al."
Ənfal/8:2
İman edənlər elə kimsələrdir ki, Allah xatırlandığında ürəkləri titrəyər, Onun ayələri onlara oxunduğunda imanları artar və Rəblərinə güvənərlər.
Ali İmran/3:7
O ki sənə bu kitabı nazil etdi. Onun bəzi ayələri açıq anlamlıdır (möhkəm) ki, bunlar kitabın özüdür. Digərləri də bənzər anlamlıdır (mütəşabeh). Qəlblərində xəstəlik olanlar, insanları çaşdırmaq və fərqli anlam vermək üçün bənzər anlamlı olanlarının ardına düşərlər. Onların gerçək anlamını isə kimsə bilməz, ancaq istisnadır Allah və dərin biliyə sahib olanlar "Ona iman etdik, hamısı Rəbbimizin qatındandır", deyərlər. Ağıl və anlayış sahiblərindən başqası öyüd almaz.
Ali İmran/3:113
Ancaq hamısı eyni deyil. Kitab əhlindən ən doğru bir qrup var ki, gecələri Allahın ayələrini oxuyub səcdə edərlər.
Maidə/5:82
İnsanların arasında iman edənlərin ən azğın düşməni olaraq Yəhudiləri və müşrikləri görəcəksən. İman edənlərə sevgi baxımından ən yaxın olanları da “Biz Xristianıq!” – deyənləri görərsən. Çünki onların arasında təkəbbür göstərməyən papalar və rahiblər vardır.
Maidə/5:83
Elçiyə nazil edilənləri dinlədikləri zaman, gerçəyi tanımalarından ötrü gözlərinin yaşla dolduğunu görərsən. Deyərlər ki, "Rəbbimiz! İman etdik, bizi şahidlərdən hesab et."
Maidə/5:84
"Rəbbimizin bizi yaxşıların arasına qatmasını ümid etdiyimiz halda nə üçün Allaha və bizə yetişən gerçəklərə iman etməyək?"
Əraf/7:120
Və sehrbazlar səcdəyə qapandılar.
İsra/17:107
De ki: "Ona istər iman edin, istər iman etməyin!" Daha öncə özlərinə bilgi verilənlərə oxunduğu zaman səcdə edərək üzüstə qapanırlar.
Məryəm/19:58
Bax bunlar, Allahın nemətləndirdiyi peyğəmbərlərin bir qismidir. Adəmin soyundan, Nuh ilə birlikdə (gəmidə) daşıdıqlarımızdan, İbrahimin və İsrailin soyundan... Doğruya yetişdirdiyimiz və seçdiyimiz kimsələrdir onlar. Onlara Rəhmanın ayələri oxunduğu zaman ağlayaraq səcdəyə varırlar.
Ta ha/20:70
Sehrbazlar, "Harunun və Musanın Rəbbinə iman etdik!" deyərək səcdəyə qapandılar.
Həcc/22:52
Səndən öncə, arzularına şeytanın qarışmadığı heç bir elçi və heç bir peyğəmbəri göndərmədik. Allah şeytanın atdığı şeyləri ortadan qaldırar və sonra Allah ayələrini sağlamlaşdırar. Allah Biləndir, Hikmət sahibidir.
Həcc/22:53
Beləcə, şeytanın atdığını qəlblərində xəstəlik olanlar və qəlbləri qatı olanlar üçün bir sınaq halına salar. Zalımlar, əlbəttə açıq-aşkar bir ziddiyyət içindədirlər.
Həcc/22:54
Bu vəziyyət, eyni zamanda, özlərinə bilgi verilmiş olanların, bunun Rəbbindən gələn bir gerçək olduğunu anlamalarını təmin edər. Beləcə qəlbləri onu mənimsəyər və iman edərlər. Allah, əlbəttə, iman edənləri doğru yola yönəldər.
Qasas/28:79
Bir vaxtlar, bütün görkəmi ilə xalqının arasına çıxmışdı. Dünya həyatını seçənlər, "Kaş ki, Qaruna verilənlərin bir bənzəri bizə də verilsəydi. Gerçəkdən, o çox şanslı biridir," dedilər.
Qasas/28:80
Özlərinə bilgi verilmiş olanlar, "Təəssüflər olsun sizə, iman edən və müttəqi davranan üçün Allahın mükafatı daha yaxşıdı," dedilər. Buna ancaq səbr edənlər qovuşdurular.
Ənkəbut/29:48
Sən daha öncəki kitablardan heç birini oxumurdun və onları əlinlə də yazmırdın. Belə olan halda, yanlışı müdafiə edənlərin şübhələnməsi üçün bir bəhanə yaranacaqdı.
Ənkəbut/29:49
Gerçəkdə o, özlərinə bilgi verilmiş olanların köksündə açıq-aşkar ayələrdir. Zalımlardan başqası ayələrimizi rədd etməz.
Rum/30:53
Koru da azğınlığından qurtarıb yola gətirə bilməzsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirə bilərsən ki, onlar dərhal təslim olarlar.
Səcdə/32:15
Ayə və möcüzələrimizə gerçəkdən iman edənlər, onları eşitdikləri zaman səcdəyə vararlar və təkəbbür göstərmədən Rəblərini ucaldarlar.
Səba/34:6
Özlərinə bilgi verilmiş olanlar, Rəbbindən sənə nazil edilənin gerçək olduğunu və onun Üstün və ən çox Təriflənənin yoluna yönəltdiyini görürlər.