Ğaşiyə - 88:10
Yüksək bir cənnətdədir.
İman edənlərin etdiklərinə görə Allah qatında dərəcələri vardır:
İsra/17:21
İnsanları bir-birindən necə üstün etdiyimizə diqqət et. Axirətin dərəcələri və üstünlükləri daha böyükdür.
Tovbə/9:19
Hacılara su vermə və Müqəddəs Məscidi ziyarətə hazır etmə işini, Allaha və Axirət gününə iman etmə, namazı qoruma, zəkat vermə və Allah yolunda cihad etmə ilə eynimi tutursunuz? Allahın yanında onlar eyni deyildir. Allah zalım camaatı doğruya yönəltməz.
Tovbə/9:20
İman edənlər, köç (hicrət) edənlər, pullarıyla (mallarıyla) və canlarıyla Allah yolunda səy göstərənlər üçün Allah yanında daha böyük bir dərəcə vardır. Onlar qazananlardır.
Tovbə/9:21
Rəbləri onlara, Özündən bir rəhmət, bir razılıq və içində əbədi nemətlərin olduğu cənnətləri müjdələyir.
Tovbə/9:22
Orada əbədi qalacaqlar. Böyük mükafat Allah qatındadır.
Nisa/4:95
İman edənlərdən keçərli bir üzürə sahib olmadan yerlərində oturanlar ilə malları və canları ilə Allah yolunda savaşanlar eyni olmaz. Allah malları və canları ilə savaşanları dərəcə baxımından oturanlardan üstün etdi. Allah hamısına gözəlliklər söz verir. Bununla birlikdə, Allah savaşanları oturanlardan daha böyük bir mükafatla üstün etdi;
Nisa/4:96
Öz qatından dərəcələrlə, bağışlanma və rəhmət ilə... Allah Bağışlayandır, Rəhmlidir.
Əhqaf/46:19
Hər biri üçün, etdiklərinə görə dərəcələr vardır. Etdiklərinin qarşılığı, haqsızlıq edilmədən tam verilər.
Furqan/25:74
Onlar (o kəslər) ki, "Rəbbimiz, zövcələrimizi, uşaqlarımızı bizim üçün bir xoşbəxtçilik qaynağı et və bizi öndə gedən müttəqilərdən et," deyərlər.
Furqan/25:75
Bunlar, səbr etdiklərindən ötrü Cənnət otaqları ilə mükafatlandırılarlar; orada xoşbəxt bir həyat və sülhə (əmin-amanlığa) qovuşdurularlar.
Ta ha/20:75
İman etmiş və müttəqi bir həyat sürmüş olaraq Ona gələnlər isə, yüksək dərəcələrə layiqdirlər.
İsra/17:79
Bir də əlavə olaraq gecə vaxtı meditasiyada ol ki, Rəbbin səni şərəfli bir məqama yüksəltsin.
Məryəm/19:56
Kitabda İdrisi xatırla. O peyğəmbər olan bir doğruçu idi
Məryəm/19:57
Onu uca bir məqama yüksəltdik.
Ənfal/8:3
Onlar ki, namazı qoruyarlar. Onlara verdiyimiz nemətlərdən də verərlər.
Ənfal/8:4
Belələri gerçək iman edənlərdir. Onlar üçün Rəbləri yanında dərəcələr, bağışlanma və tükənməz ruzi vardır.
Səba/34:37
Sizi bizə yaxınlaşdıran şey nə paralarınızdır (pullarınızdır), nə də övladlarınızdır. Ancaq iman edən və müttəqi davrananlar xaric. Onlara, etdiklərinin iki qat qarşılığı veriləcəkdir və mənzillərində əmin-amanlıq içindədirlər.
Qamər/54:54
Müttəqilər, cənnətlər (bağçalar) və çaylar içindədir.
Qamər/54:55
Güclü Kralın yanında şərəfli məqamlardadırlar.
Bəqərə/2:148
Hər birinizin seçdiyi bir yön və üsul var; siz yaxşılıqda yarışın. Harada olursunuz olun Allah sizi bir araya gətirər. Allah əlbəttə hər şeyə gücü yetəndir.
Ali İmran/3:162
Allahın rizasına diqqət edən bir kimsə Allahın öfkəsinə uğrayıb Cəhənnəmə girən kimsə kimi ola bilərmi? O necə də pis bir yerdir!
Ali İmran/3:163
Onlar Allah qatında dərəcə dərəcədir. Allah etdiklərinizi görəndir.
Nisa/4:96
Öz qatından dərəcələrlə, bağışlanma və rəhmət ilə... Allah Bağışlayandır, Rəhmlidir.
Ali İmran/3:195
Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
Tovbə/9:99
Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
Ənbiya/21:90
Duasını qəbul etdik və ona Yəhyanı verdik. Onun üçün arvadının durumunu düzəltdik. Çünki onlar yaxşı işlərdə yarışırlar, Bizə ümid edərək və qorxaraq yalvarırdılar. Onlar Bizə hörmət edənlərdi.
Muminun/23:60
Rəblərinə dönəcəklərinin şüurunda olaraq verənlər,
Muminun/23:61
Məhz onlar, yaxşılıqlarda yarışanlardır; və onlar yaxşılıq etməkdə öncüdürlər.
Rahmən/55:46
Rəbbinin görkəmindən qorxanlar üçün iki cənnət var.
Rahmən/55:62
O ikisindən başqa iki cənnət daha var.
Vaqiə/56:7
Sizlər də üç bölümə ayrılarsınız.
Vaqiə/56:8
Xoşbəxtlər nə qədər də xoşbəxtdirlər!
Vaqiə/56:9
Bədbəxtlər nə qədər də bədbəxtdirlər!
Vaqiə/56:10
Bir də irəli keçən öncü elitalar (seçilmişlər) vardır.
Vaqiə/56:11
Onlar (Tanrıya) yaxınlaşdırılanlardır.
Vaqiə/56:12
Nemət cənnətlərində (bağçalarında)...
Vaqiə/56:13
Onların böyük bir qismi öncəki nəsillərdən,
Vaqiə/56:14
Kiçik bir qismi də sonraki nəsillərdəndir.
Vaqiə/56:88
Ancaq o, (Mənə) yaxınlaşdırılanlardandırsa-
Vaqiə/56:89
o zaman sevinc, çiçəklər və nemət cənnətləri...
Vaqiə/56:90
O, sağda olanlardandırsa,
Mucadilə/58:11
Ey iman edənlər, toplantılarda sizə: "Yer açın" deyildiyində yer açın ki, Allah da sizə yer açsın. Sizə, "Qalxın" deyildiyində qalxın ki, Allah da içinizdəki iman edənləri və özlərinə bilgi verilənləri dərəcələrlə yüksəltsin. Allah bütün etdiklərinizdən xəbərdardır.
Haqqə/69:19
Kitabı sağından verilən, "Alın kitabımı oxuyun," deyər,
Haqqə/69:20
"Hesabımla qarşılaşacağıma iman edirdim."
Haqqə/69:21
O, xoşbəxt bir həyat içindədir,
Haqqə/69:22
Yüksək bir cənnətdə (bağçada),
Haqqə/69:23
Meyvələri əlçatan məsafədədir.
Haqqə/69:24
Keçmiş günlərinizdə etdiyiniz işlərdən ötrü nuşcanlıqla yeyin, için.
Naziat/79:4
Yarışıb bir-birlərini keçənlərə,
Naziat/79:5
Və beləcə əmrləri yerinə yetirənlərə...
Mutaffifin/83:19
İlliyyun nədir bilirsənmi?
Mutaffifin/83:20
Rəqəmlənmiş bir kitabdır.
Mutaffifin/83:21
(Tanrıya) yaxın olanlar ona şahid olar.
Mutaffifin/83:22
Yaxşılar nemətlər içindədir.
Mutaffifin/83:23
Taxtlar üzərində ətrafı seyr edərlər.
Mutaffifin/83:24
Üzlərindən nemətlərin sevinc və parıltısını oxuyarsan.
Mutaffifin/83:25
Ləzzət qatılmış bir nektardan içirdiləcəklər.
Mutaffifin/83:26
Ləzzəti müşkdür. Yarışanlar bax bunun üçün yarışsınlar.
Mutaffifin/83:27
Onun qarışığı Təsnimdir.
Mutaffifin/83:28
(Ona görə) ki, o, (Tanrıya) yaxın olanların içdiyi bir bulaqdır.
Ğaşiyə/88:8
O gün başqa üzlər də var ki, xoşbəxtdir.
Ğaşiyə/88:9
Etdiklərindən ötrü sevinclidir.
Ğaşiyə/88:10
Yüksək bir cənnətdədir.
Qasas/28:54
Onların mükafatları, səbr etmələrindən ötrü iki dəfə veriləcəkdir. Pisliyi yaxşılıqla dəf edərlər və onlara verdiyimiz nemətlərdən verərlər.