Ğaşiyə - 88:17 Dəvələrə baxmırlarmı, necə yaradıldı?
Allah yaratdığı hər şeyi mükəmməl hala gətirdi:
Hicr/15:19 Yer üzünü genişlədib içinə sağlam dağlar yerləşdirdik və orada hər şeyi mükəmməl bir ölçüyə görə bitirdik.


Mulk/67:3 O Yeddi göyü qat-qat yaratmışdır. Rəhmanın yaratmasında hər hansısa bir qüsur tapa bilməzsən. Baxışlarını yönəlt və bax; hər hansısa bir çatlaq görə bilirsənmi?

Qaf/50:6 Üstlərindəki göyə baxmadılarmı, onu heç bir çatlağı olmadan necə yaratdıq və onu necə süslədik?

Muminun/23:12 Biz, insanı xüsusi bir palçıqdan yaratdıq.
Muminun/23:13 Sonra onu sağlam bir gözləmə yerində bir damcı halına gətirdik.
Muminun/23:14 Sonra, o damcını embrion olaraq formalaşdırdıq, sonra embrionu döl olaraq formalaşdırdıq, sonra dölü sümük olaraq formalaşdırdıq, sonra sümüyə ət geydirdik və sonra onu yeni bir məxluq halına saldıq. Surət verənlərin ən gözəli (olan) Allah çox Ucadır.

Tin/95:4 Biz insanı ən gözəl bir formada yaratdıq.

Təğabun/64:3 Göyləri və yeri bəlli bir məqsəd üçün yaratmış, sizə surət vermiş və surətinizi gözəlləşdirmişdir. Dönüş Onadır.

Ğafir/40:64 Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!

Zəriyət/51:48 Yeri Biz döşədik; Nə gözəl döşəyiciyik.

Əraf/7:190 Onlara qüsursuz bir övlad verincə, Onun onlara verdiyi bu hədiyəylə əlaqəli olaraq Ona ortaqlar qoşmağa başladılar. Allah onların ortaq qoşduqları hər şeydən çox Ucadır.

Ta ha/20:50 "Rəbbimiz, hər şeyə surətini verən və sonra yolunu göstərəndir!" dedi.

İnfitar/82:7 O ki, səni yaratdı, nizama saldı, uyğunlaşdırdı.

Həşr/59:24 O, Yaradan, Yoxdan var edən və Surətverən Allahdır. Bütün gözəl isimlər Onundur. Göylərdə və yerdə nə varsa Onu ucaldır. O, Üstündür, Hikmət Sahibidir.

Loğman/31:10 Göyləri, gördüyün bir dirək olmadan yaratmışdır. Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi və orada hər növ məxluqu yaydı. Göydən bir su yağdırdıq və orada hər gözəl cütü bitirdik.


Səcdə/32:7 O yaratdığı hər şeyi mükəmməl hala saldı. İnsanın yaradılışına palçıqdan başladı.

Nəml/27:88 Dağları durğun sanarsan, halbuki buludlar hərəkət etdiyi kimi hərəkət etməkdədir. Hər şeyi ən sağlam şəkildə yaradan Allahın sənətidir. O, etdiklərinizi biləndir.