Fəcr - 89:13
Həqiqətən, Rəbbin də üstlərinə cürbəcür fəlakətlər yağdırdı.
Hər camaatın müəyyən edilmiş vaxtı vardır:
Əraf/7:34
Hər camaatın bir vaxtı vardır. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.
Yunus/10:49
De ki: "Allahın istəməsi xaricində, mən özümə belə nə bir zərər, nə də bir fayda vermə gücünə sahib deyiləm. Hər camaatın bir vaxtı vardır. Vaxtları bitincə nə bir saat gecikdirilər, nə də irəli alınarlar."
Hud/11:48
Deyildi ki: "Ey Nuh, Sənə və səninlə birlikdə olan millətlərə Bizdən sülh (əmin-amanlıq) və bərəkətlərlə en. Ayrıca elə millətlər var ki, onları bir müddət yaşadacağıq və sonra onlara bizdən ağrılı-acılı bir əzab toxunacaqdır.
Nəhl/16:61
Allah zülmlərinə görə insanları cəzalandırsaydı, orada bir məxluq buraxmazdı; lakin onları bəlli bir vaxta qədər təxirə salar. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.
Kəhf/18:58
Rəbbin Bağışlayandır, Mərhəmət sahibidir. Etdikləriylə dərhal onları haqq-hesaba çəksə, onlar üçün əzabı tezləşdirmiş olardı. Ancaq, onlara müəyyən bir vaxt verir ki, onun kənarına çıxa bilməzlər.
Məryəm/19:75
De ki: "Azğınlığa düşənlərə Rəhman bir möhlət verər. Cəzanı və dünyanın sonunu görüncəyə qədər... Pis yerə və zəif orduya kimin sahib olduğunu öyrənəcəklər."
Həcc/22:48
Neçə-neçə şəhərlərin əhalisinə, zalım olduqları halda möhlət verdim və sonra onları hesaba çəkdim; axır dönüş Mənədir.
Muminun/23:43
Heç bir camaat özü üçün müəyyən edilmiş vaxtı tezləşdirə və ya gecikdirə bilməz.
Səba/34:30
De ki, "Sizə bir saat gecikməyəcək, bir saat da tez gəlməyəcək, müəyyən edilmiş bir gününüz vardır."
Fatir/35:45
Allah insanları etdiklərinə görə cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Fəqət, onları bəlli bir müddətə qədər təxirə salmaqdadır. Nə zaman ki, müddətləri bitər, bax o zaman Allah qullarının (hesabını) görər.
Ya sin/36:43
İstəsəydik onları boğardıq; nə bir çığlıqlarına yetişən olardı, nə də qurtula bilərdilər.
Ya sin/36:44
Bunun yerinə, Bizdən bir mərhəmət görürlər və bəlli bir müddətə qədər diri saxlanılırlar.
Saffat/37:147
Biz onu yüz min və ya daha çox adama göndərdik.
Saffat/37:148
İman etdilər, Biz də onları bir müddətə qədər dolandırdıq (gün-güzəran verdik).
Duxan/44:24
"Dənizi yarılmış olaraq tərk et. Onlar boğulmağa məhkum bir ordudur."
Duxan/44:29
Nə göy və nə də yer onlara ağladı; Onlara möhlət də verilmədi.