Ənfal - 8:53
Çünki, bir topluluq özlərini dəyişdirmədikcə, Allah onlara verdiyi nemətləri dəyişdirməyəcəkdir. Allah Eşidəndir, Biləndir.
Əraf/7:94
Hər nə vaxt bir ölkəyə bir peyğəmbər göndərdiksə, yalvarsınlar deyə xalqını qıtlıq və sıxıntıya düçar etdik.
Əraf/7:95
Sonra pisliyin yerinə yaxşılığı gətirdik. Ancaq anlayışlarını itirdilər: "Sıxıntı və rifah atalarımıza da toxunmuşdu," dedilər. Bundan sonra, xəbərləri olmadan onları qəflətən yaxaladıq.
Əraf/7:130
Firon tərəfini, öyüd alsınlar deyə illərlə quraqlıq və məhsul qıtlığına məhkum etdik.
Əraf/7:131
Onlara bir yaxşılıq gəldiyi zaman, "Buna biz layiqik," deyərlər. Onlara bir pislik toxunduğu zaman isə Musa və bərabərindəkiləri uğursuzluqla suçlayardılar. Doğrusu, onların uğursuzluğu Allah tərəfindən qərarlaşdırılır. Ancaq çoxları bilməzlər.
Əraf/7:132
"Bizi sehrləmək üçün nə qədər möcüzə (ayə) gətirirsən gətir, biz sənə iman edəcək deyilik," dedilər.
Əraf/7:133
Üzərlərinə tufan, çəyirtkə, həşərat, qurbağa və qan kimi ayrı-ayrı işarətlər göndərdik. Buna rəğmən təkəbbür göstərməyə davam etdilər və günahkar bir topluluq oldular.
Əraf/7:134
Hər nə zaman başlarına bir müsibət gəlsə, "Ey Musa, sənə verdiyi sözə görə Rəbbinə yalvar. Bizi bu fəlakətlərdən qurtararsan sənə iman edər və İsrail oğullarını da səninlə bərabər yollayarıq," dedilər.
Əraf/7:135
Onları söz etdikləri fəlakətlərdən müəyyən bir müddət üçün qurtarınca da sözlərindən dönürdülər.
Tovbə/9:126
Hər il, bir-iki dəfə bəlalarla sınandıqlarını görmürlərmi? Buna rəğmən nə tövbə edirlər, nə də öyüd alırlar.
Yunus/10:100
Heç bir kəs Allahın izni olmadan iman edə bilməz və O, ağıllarını istifadə etməyənləri rəzilliyə məhkum edər.
Rad/13:11
(Onların hər biri üçün) önündən və ardından nöbələşərək izləyənlər vardır. Onu Allahın əmri ilə qoruyurlar. Bir topluluq özünü dəyişdirmədikcə Allah onların durumunu dəyişdirməz. Allah bir topluluq üçün fənalıq istədisə, heç bir güc onu durdura bilməz; onların Ondan başqa bir qoruyub müdafiə edənləri də olmaz.
Muminun/23:76
Onları cəzaya məruz qoymamıza rəğmən Rəblərinə boyun əymədilər, yalvarmadılar.
Rum/30:41
İnsanların əlləri ilə işlədikləri üzündən quruda və dənizdə fəlakətlər yayıldı. Beləcə, (pislikdən) dönərlər deyə etdiklərinin bir qismini onlara daddırır.