Ənfal - 8:65
Ey peyğəmbər, iman edənləri savaşa təşviq et. Sizdən müqavimət göstərən iyirmi nəfər olsa, iki yüz nəfəri məğlub edə bilər. Sizdən yüz nəfər, kafirlərdən min nəfəri məğlub edə bilər. Çünki onlar, anlamayan bir topluluqdur.
Sizdən müqavimət göstərən iyirmi nəfər, iki yüz nəfəri məğlub edə bilər: Əlaqəli
Bəqərə/2:249
Talut ordunun başına keçincə bunları bildirdi: “Allah sizi bir çayla sınayacaq. Kim ondan içərsə, məndən deyildir. Kim onu dadmayıb sadəcə əliylə bir qurtum alarsa məndəndir." Çox azı istisna olmaqla hamısı ondan içdi. O bərabərindəki iman edənlərlə çayı keçincə, "Bu gün Calut və ordusuna qarşı durmağa gücümüz yoxdur," dedilər. Allah ilə qarşılaşacaqlarına iman edənlər isə belə dedilər: "Sayca az olan neçə-neçə dəstə, Allahın izni ilə çox dəstələri məğlub etmişdir. Allah səbr edənlərlə bərabərdir."