Bələd - 90:3 Valideynə və törəməsinə də and olsun.
Valideynə və törəməsinə də and olsun:
Ali İmran/3:36 Onu doğunca: “Rəbbim, onu qız doğdum”, dedi. Allah onun nə doğacağını bilirdi. “Oğlan qız kimi deyil. Ona Məryəm adını verdim, onu və soyunu, qovulmuş şeytandan qorumağın üçün Sənə yalvarıram”.

Hud/11:72 "Vay başıma gələnlər," dedi, "Mən yaşlı bir qadın və ərim də qoca bir adam ikən uşaqmı doğacağam? Bu, çox qəribə bir şeydir!"

Fatir/35:11 Allah sizi torpaqdan, sonra bir damcıdan (nütfədən) yaratmış və sonra da sizi cütlər halında yaratmışdır. Bir dişinin hamilə qalması və doğması ancaq Onun bilgisi ilədir. Bir canlının uzun ömürlü olması da, ömrünün qısa tutulması da ancaq bir kitabda qeydə (yazıya) görədir. Bu, Allaha asandır.

Əhqaf/46:15 Biz insana ana-atasına yaxşılıq etməsini öyüd-nəsihət etdik. Anası onu zəhmətlə daşıyar, zəhmətlə doğar. Ana qarnında daşınması ilə süddən kəsilməsi otuz ay çəkər. Nəhayət yetkinlik yaşına çatınca və qırx yaşına yetişincə: "Rəbbim, mənə, anama və atama verdiyin nemətə şükür etməyə və razı olacağın faydalı işlər görməyə məni yönəlt. Mənim soyumu islah et. Mən tövbə edib, Sənə təslim olanlardanam," deməlidir.